12px13px15px17px
Tarix:18/08/15

Cənubi Koreya şirkəti yeni planşetini nümayiş etdirib

“LG” şirkəti Cənubi Koreyada yeni “LG G Pad II 8.0” planşetini təqdim edib.
 
“LG G Pad II 8.0” planşeti 1280x800 nöqtə təsvir ölçülü 8 düymlük sensor “IPS” ekran, cızıqlardan qorunmuş “Gorilla Glass 3” şüşəsi ilə təchiz edilib. Qurğu 1,2 QHs takt tezlikli dördnüvəli “Snapdragon 400” prosessoru ilə işləyir. Planşetin əməli yaddaşının tutumu 1,5 QB, daxili yaddaş isə 32 QB təşkil edir. Həmçinin 128 QB tutumunda “microSD” formatlı yaddaş kartları üçün slot nəzərdə tutulub.
 
Planşetin əsas kamerasının təsvir ölçüsü 5 meqapiksel, ön kamerada isə 2 meqapiksel təşkil edir. Daxili akkumulyator batareyasının tutumu 4200 illiamper/saat təşkil edir. Planşet “Android 5.0 Lollipop” mobil əməliyyat sistemi ilə işləyir.
 
“LG G Pad II 8.0” planşetinin çatdırılma dəstinə stilus daxildir.
 
Qurğunun qiyməti hələ ki açıqlanmayıb.
 
Emil Hüseynov
 



Baxış sayı: 1100

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024