12px13px15px17px
Tarix:28/08/15

“Apple”ın keçmiş direktoru ucuz smartfonlar təqdim edib

“Apple”ın keçmiş baş direktoru Con Skallinin rəhbərlik etdiyi “Obi Worldphone” şirkəti “Android” platforması ilə işləyən “Obi SF1” və “SJ1.5” smartfonlarını təqdim edib.
 
“ICTnews.az” saytı “lookatme.ru” saytına istinadən xəbər verir ki, “Obi” iki variantda əlçatan olacaq: 199 dollarlıq “SF1”, 129 dollarlıq “SJ1.5”. “SF1” smartfonu “Qualcomm Snapdragon” prosessoru, “Sony” kamerası və “Dolby” dinamikləri ilə təchiz edilib. Daha ucuz “SJ1.5” smartfonuna “MediaTek” prosessoru quraşdırılıb. Hər iki smartfon “Android Lollipop” mobil əməliyyat sistemi ilə işləyir.
 
“Obi” şirkəti yeni smartfonlarını Çin, İndoneziya, Vyetnam kimi ölkələrdə satmağı planlaşdırır. Şirkətdən bildirilib ki, bu dövlətlərdə smartfon bazarı hələ tam formalaşmayıb və “Obi”yə başqa şirkətlərlə rəqabət aparmaq daha asan olacaq.
 
Məlumat üçün bildirək ki, Con Skalli 1985-dən 1993-cü ilədək “Apple” şirkətinə rəhbərlik edib.
 
Emil Hüseynov



Baxış sayı: 658

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024