Tarix:31/08/15
Bildirilir ki, sınaqlar zamanı qurğu məlumatları 2 Qbit/saniyə sürətində ötürməyə nail olub ki, bu da müasir "4G" rabitə standartının imkanlarını on dəfə üstələyir. Lakin texnologiyanın tezliklə tətbiq edilməsi barədə danışmaq hələ ki tezdir. Çünki "Ericsson" qurğusunun prototipi çox ağırdır və onun daşınması üçün araba lazımdır.
Lakin şirkət nümayəndələrinin sözlərinə görə, qurğu prototipinin sınaqları başa çatdıqdan sonra tezliklə onun kompakt analoqlarını yaratmaq mümkün olacaq. Bununla yanaşı, yeni standart üçün sonradan lazımi infrastrukturun qurulması tələb olunacaq ki, bu məsələ ilə rabitə operatorları məşğul olacaq.
Xatırladaq ki, "5G" texnologiyalarının hazırlanması ilə digər telekommunikasiya şirkətləri də məşğuldur. Məsələn, "Samsung" şirkəti ötən ilin oktyabrında "5G" şəbəkəsinin sınaqlarını keçirib. Məlumatların ötürülmə sürəti qəbuledici və ötürücü işlək vəziyyətdə olmayan zaman 7,5 Qbit/saniyə (940 Mb/saniyə) təşkil edib.
Proqnozlara görə, "5G" şəbəkəsinin kommersiya istifadəsinə 2020-ci ildə başlanılacaq, - "NEWSru" yazır.
İsveç şirkəti “5G” qurğusunun ilk prototipini yaradıb
İsveçin "Ericsson" şirkəti "5G" yüksəksürətli mobil rabitə standartını dəstəkləyən qurğunun ilk prototipini yaradaraq onun ABŞ-ın Pleyno şəhərində və İsveçin paytaxtı Stokholmda sınaqlarına başlayıb.Bildirilir ki, sınaqlar zamanı qurğu məlumatları 2 Qbit/saniyə sürətində ötürməyə nail olub ki, bu da müasir "4G" rabitə standartının imkanlarını on dəfə üstələyir. Lakin texnologiyanın tezliklə tətbiq edilməsi barədə danışmaq hələ ki tezdir. Çünki "Ericsson" qurğusunun prototipi çox ağırdır və onun daşınması üçün araba lazımdır.
Lakin şirkət nümayəndələrinin sözlərinə görə, qurğu prototipinin sınaqları başa çatdıqdan sonra tezliklə onun kompakt analoqlarını yaratmaq mümkün olacaq. Bununla yanaşı, yeni standart üçün sonradan lazımi infrastrukturun qurulması tələb olunacaq ki, bu məsələ ilə rabitə operatorları məşğul olacaq.
Xatırladaq ki, "5G" texnologiyalarının hazırlanması ilə digər telekommunikasiya şirkətləri də məşğuldur. Məsələn, "Samsung" şirkəti ötən ilin oktyabrında "5G" şəbəkəsinin sınaqlarını keçirib. Məlumatların ötürülmə sürəti qəbuledici və ötürücü işlək vəziyyətdə olmayan zaman 7,5 Qbit/saniyə (940 Mb/saniyə) təşkil edib.
Proqnozlara görə, "5G" şəbəkəsinin kommersiya istifadəsinə 2020-ci ildə başlanılacaq, - "NEWSru" yazır.
Baxış sayı: 791
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib