12px13px15px17px
Tarix:01/09/15

Yaponiya şirkəti nəbzi ölçən material hazırlayıb

Yaponiyanın "Toyobo" şirkətinin hazırladığı xüsusi material insanın nəbzini, həmçinin başqa fizioloji göstəricilərini ölçə bilir.
 
"Kokomi" adlandırılmış material görünüşcə audioplyonkaya oxşayır. Material geyimin iç tərəfinə və ya başqa alt paltarına quraşdırılır və  dəridən ötürülən ən zəif elektron impulsları qəbul edir. Geyimə quraşdırılmış kiçik ötürücü aparat, həmçinin məlumatı smartfon və ya başqa qurğuya ötürür.
 
Şirkətin nümayəndələri bildiriblər ki, bu innovativ materialın köməyi ilə yalnız nəbzi deyil, həm də nəfəs tezliyi, tərləmənin səviyyəsini bilmək olar. Bu xüsusi materialdan bərpa və idman tibbində istifadə planlaşdırılır.
 
İxtira hələ kütləvi bazara çıxarılmayıb.
 
Emil Hüseynov



Baxış sayı: 642

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024