12px13px15px17px
Tarix:01/09/15

“Sony” “ağıllı” qolbaqla təchiz edilmiş “Wena Wrist” saatını təqdim edib

“Sony” şirkəti “Wena Wrist” adlı qeyri-adi cihaz təqdim edib.
 
“Wena Wrist” qurğusu "ağıllı" qolbaqla təchiz edilmiş kvars saatdır. Qolbaq fitness, “NFC” pul kisəsi treker rolunu yerinə yetirir, həmçinin bərkidiciyə quraşdırılmış vibrasiya və “LED” indikatorun köməyi ilə sahibinə müxtəlif hadisələr haqda məlumat verə bilir.
 
İstehsalçılar eyni anda “Wena Wrist” qurğusunun iki modelini təqdim ediblər. Birinci model “Three Hands” adlanır və adi siferblatla, “Chronograph” adlı ikinci model isə saat, dəqiqə və saniyəni göstərən üç əlavə kiçikölçülü siferblatla təchiz edilib.
 
Hazırda bu saat üçün ilkin sifariş vermiş “Sony” platformasının kraudfandinq istifadəçiləri qurğunun istehsalı üçün lazımi məbləği toplayıblar. “Three Hands” modelinin gümüşü versiyasının dəyəri 287 dollardan başlayır, qara rəngli “Wena Wrist Chronograph” saatının qiyməti isə 576 dollar olacaq.
 
Emil Hüseynov



Baxış sayı: 636

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024