12px13px15px17px
Tarix:09/06/11

Elektron siqaret Bakı mağazalarında

Alqı-satqı elanlarında rast gəldiyimiz bu elan bəlkə də çoxlarının marağına səbəb olacaq. Bakının elektron avadanlıqları satışı ilə məşğul olan mağazalarında yeni avadanlıq da satılır - elektron siqaret.
Bu avadanlığın satışı ilə məşğul olan Vaqif Quliyev adlı paytaxt sakini e-siqaretin üstünlükləri haqqında ICTnews-ə məlumat verərək bildirib ki, e-siqaret adi siqaret çəkmə prosesini imitasiya edən, qatran və yanma məhsulu tərkibində olmayan və nikotinin miqdarının dəyişməsinə imkan verən bir cihazdır. İstehsalçıların fikrincə, elektron siqaret təmizlənmiş nikotinin istifadəsi hesabına həm fiziki, həm də psixoloji asılılığın nəzarət altında saxlanılmasına imkan verir.
Elektron siqaret batareya, buxarlandırıcı, mikroprosessor, həmçinin nikotin və propilenqlikol daxilində olan aromatik mayeli kartricdən ibarətdir. Propilenqlikol adlanan maddə yeyinti sənayesində istifadə olunur və tamamilə təhlükəsizdir. Qeyd edək ki, e-siqaretin qiyməti 65 manatdan başlayır və dizaynına görə qiymətlər dəyişir.



Baxış sayı: 9094

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024