12px13px15px17px
Tarix:15/09/15

Avropada “iPhone 6s” smartfonu 30 faiz baha satılır

“Apple” şirkətinin nümayəndəsi ilkin sifarişlər haqda məlumatlara əsaslanaraq bildirib ki, “iPhone 6s” və “iPhone 6s Plus” smartfonlarının satış həcmi 10 milyonu ötə bilər.
 
“ICTnews.az” saytı “macdigger.ru” saytına istinadən yazır ki, sentyabrın 12-dən yeni qurğular üçün ilkin sifariş əlçatandır.
 
“Patentlyapple”ın araşdırmasına görə, yeni “iPhone 6s” smartfonu Fransada daha baha satılır: ABŞ-la müqayisədə 30 faiz bahadır. ABŞ, Böyük Britaniya və başqa ölkələrdə yeni qurğunun dəyəri ötənilki modellərlə eyni olduğu halda, avronun kəskin zəifləməsi nəticəsində Fransa və Almaniyada sözügedən qurğunun dəyəri artıb. Həmçinin Kanada və Avstraliyada “Apple” məhsulunun dəyəri artıb.
 
Xatırladaq ki, təkmilləşdirilmiş kamera və yüksək məhsuldarlığa malik “iPhone” smartfonunun yeni modelləri sentyabrın 10-da nümayiş etdirilib.
 
Emil Hüseynov



Baxış sayı: 662

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024