Tarix:17/09/15
Bildirilir ki, cihaz istənilən maddənin standart komponentlərini tanıya bilir. “SCiO” adlanan qurğunun hazırlanması üçün maddi vəsait dünya kompüter şəbəkəsində kollektiv maliyyələşdirmə üzrə saytların biri vasitəsilə toplanıb.
Şirkətin məlumatına görə, cihaz skaner şüasının yönəldiyi maddədə mayenin, karbohidratın və duzun tərkibini müəyyənləşdirə bilir. Proses analiz edilən obyektlə fiziki kontakt olmadan baş verir, nəticələr isə istifadəçinin smartfonunun ekranında göstərilir. Skan etmək üçün infraqırmızı diapazona yaxın şüadan istifadə olunur. Analiz məlumatları şirkətin qlobal məlumat bazasına ötürülür. Burada qurğuya çoxlu obyekt və materialları tanımağa imkan verən informasiya toplanır.
Qurğunun hazırlanmasının maliyyələşdirilməsi üçün "Consumer Physics” internetdə istifadəçilərə hələ hazır olmayan cihazının hər birini 250 dollara təklif edib. Tərtibatçılar 200 min dollar toplamağa ümid etsələr də, nəticədə 2,8 milyon dollardan çox vəsait yığılıb.
İsrail şirkəti “SCiO” skanerinin 2015-ci ilin sonunadək tədarükünə başlamağı planlaşdırır, - “TASS” yazır.
İsraildə materialların kimyəvi tərkibini müəyyənləşdirən miniatür skaner hazırlanıb
İsrailin “Consumer Physics” şirkəti materialların, o cümlədən ərzaqların, içkilərin, dərmanların kimyəvi tərkibini müəyyənləşdirməyə imkan verən miniatür skaner hazırlayıb.Bildirilir ki, cihaz istənilən maddənin standart komponentlərini tanıya bilir. “SCiO” adlanan qurğunun hazırlanması üçün maddi vəsait dünya kompüter şəbəkəsində kollektiv maliyyələşdirmə üzrə saytların biri vasitəsilə toplanıb.
Şirkətin məlumatına görə, cihaz skaner şüasının yönəldiyi maddədə mayenin, karbohidratın və duzun tərkibini müəyyənləşdirə bilir. Proses analiz edilən obyektlə fiziki kontakt olmadan baş verir, nəticələr isə istifadəçinin smartfonunun ekranında göstərilir. Skan etmək üçün infraqırmızı diapazona yaxın şüadan istifadə olunur. Analiz məlumatları şirkətin qlobal məlumat bazasına ötürülür. Burada qurğuya çoxlu obyekt və materialları tanımağa imkan verən informasiya toplanır.
Qurğunun hazırlanmasının maliyyələşdirilməsi üçün "Consumer Physics” internetdə istifadəçilərə hələ hazır olmayan cihazının hər birini 250 dollara təklif edib. Tərtibatçılar 200 min dollar toplamağa ümid etsələr də, nəticədə 2,8 milyon dollardan çox vəsait yığılıb.
İsrail şirkəti “SCiO” skanerinin 2015-ci ilin sonunadək tədarükünə başlamağı planlaşdırır, - “TASS” yazır.
Baxış sayı: 772
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib