12px13px15px17px
Tarix:18/09/15

«Amazon» 50 dollarlıq «Fire» planşetini təqdim edib

«Amazon» şirkəti ucuz «Amazon Fire» planşetinin yeni versiyasını rəsmən təqdim edib.
 
 
Qurğu 1,3 QHs takt tezlikli dördnüvəli prosessor və 1024x600 piksel təsvir 7 düymlük «IPS» texnologiyalı ekranla təchiz edilib. Planşetin əməli yaddaşının tutumu 1 QB, daxili yaddaşı 8 QB təşkil edir, həmçinin 128 QB tutumunda «microSD» kartları üçün slot nəzərdə tutulub.
 
«ICTnews.az» saytı «hitech.newsru.com»-a istinadən bildirir ki,  planşetin əsas kamerası 2 meqapiksellik (mp) təsvir ölçüsünə malikdir, ön kameranın təsvir ölçüsü 0,3 mp təşkil edir. Qurğu «Wi-Fi 802.11n» texnologiyasını dəstəkləyir, daxili akkumulyator 7 saat müddətində avtonom işləməyi təmin edir.
 
 
Şirkət, həmçinin «Fire» planşetinin uşaq versiyasını təqdim edib. Yeni qurğunun uşaq versiyası müxtəlif mexaniki сızıqlara qarşı davamlıdır və orijinal çexolda qablaşdırılıb. «Amazon» planşetin uşaq versiyasına ikiillik zəmanət verir və istənilən zədə zamanı qurğunu pulsuz əvəz edəcəyinə dair söz verir. Həmçinin bu planşetdə uşaqlar üçün əlavə məzmun quraşdırılıb.
 
 
Yeni «Fire» planşetinin dəyəri 49,99 dollar, qurğunun uşaq versiyasının dəyəri 99,99 dollar təşkil edəcək. Hər iki planşet sentyabrın 30-da satışa çıxarılacaq.
 
 
Emil Hüseynov



Baxış sayı: 319

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 May 2020

25 05 2020