Tarix:30/09/15
«Nexus 6P» - 2560x1440 nöqtə təsvir ölçülü 5.7 düymlük «AMOLED» displeyə malik «Nexus 6» smartfonunun varisidir. 7,3 mm qalınlığında olan qurğuya «USB Type-C» konnektoru vasitəsilə enerji doldurmaq mümkündür, həmçinin korpusun arxa tərəfində yerləşmiş «Nexus Imprint» adlı daxili barmaq izləri skanerinə malikdir.
«Nexus 6P» cihazı fiziki ölçülərinə görə «iPhone 6s Plus» uyğundur, ancaq daha yüksək təsvir ölçüsünə malik böyük ekranla təchiz edilib. Bu cihaz tamamilə metal korpusla və ön paneldə iki keyfiyyətli dinamika ilə təchiz edilmiş ilk «Nexus» modelidir.
«Nexus 6P» smartfonuna «Sony» istehsalı olan 12,3 meqapiksellik kamera quraşdırılıb və istehsalçı əmin edir ki, zəif işıqlandırma olduqda belə kamera keyfiyyətli fotolar çəkir. Qurğu, həmçinin saniyədə 30 kadr sürətlə «4K» formatında çarxlar çəkə bilir. «Nexus 6P» smartfonunda ön kameranın təsvir ölçüsü 5 meqapikseldir.
«Nexus 5X» qurğusu - «LG» şirkətinin populyar «Nexus 5» smartfonunun yeni versiyasıdır. Yeni qurğuda ekranın diaqonalı 5,2 düym təşkil edir. Bundan başqa, smartfon, həmçinin «Nexus Imprint», «USB Type-C» portu və «Snapdragon 808» prosessoru ilə təchiz edilib.
«5x» smartfonunda ekranın təsvir ölçüsü əvvəlki kimi 1080p-dir, ancaq kameranın təsvir ölçüsü 12 meqapikselədək artırılıb: «6P» qurğusunda olduğu kimi matrisin fiziki ölçüsünün artırılması sayəsində «LG»-nin smartfonu qaranlıqda keyfiyyətli fotolar çəkməyə və «4K» formatında videolar çəkməyə imkan verir.
Hər iki smartfon «Android Marshmallow» mobil əməliyyat sistemi ilə işləyir və bütün yeni funksiyaları dəstəkləyir.
«Nexus Imprint» barmaq izləri skaneri həm smartfonda hansısa məlumatlara giriş, həm də ödənişlərin edilməsi üçün tətbiq edilir.
Emil Hüseynov
«Google» şirkəti «Nexus 5X» və «Nexus 6P» smartfonlarını təqdim edib (FOTOLAR)
29 sentyabr tarixində Kaliforniyada keçirilmiş xüsusi tədbir çərçivəsində «Google» şirkəti «Nexus» istehsal xətti üzrə iki yeni smartfonunu («LG» istehsalı «5x» və «Huawei» istehsalı «6P») nümayiş etdirib.«Nexus 6P» - 2560x1440 nöqtə təsvir ölçülü 5.7 düymlük «AMOLED» displeyə malik «Nexus 6» smartfonunun varisidir. 7,3 mm qalınlığında olan qurğuya «USB Type-C» konnektoru vasitəsilə enerji doldurmaq mümkündür, həmçinin korpusun arxa tərəfində yerləşmiş «Nexus Imprint» adlı daxili barmaq izləri skanerinə malikdir.
«Nexus 6P» cihazı fiziki ölçülərinə görə «iPhone 6s Plus» uyğundur, ancaq daha yüksək təsvir ölçüsünə malik böyük ekranla təchiz edilib. Bu cihaz tamamilə metal korpusla və ön paneldə iki keyfiyyətli dinamika ilə təchiz edilmiş ilk «Nexus» modelidir.
«Nexus 6P» smartfonuna «Sony» istehsalı olan 12,3 meqapiksellik kamera quraşdırılıb və istehsalçı əmin edir ki, zəif işıqlandırma olduqda belə kamera keyfiyyətli fotolar çəkir. Qurğu, həmçinin saniyədə 30 kadr sürətlə «4K» formatında çarxlar çəkə bilir. «Nexus 6P» smartfonunda ön kameranın təsvir ölçüsü 5 meqapikseldir.
«Nexus 5X» qurğusu - «LG» şirkətinin populyar «Nexus 5» smartfonunun yeni versiyasıdır. Yeni qurğuda ekranın diaqonalı 5,2 düym təşkil edir. Bundan başqa, smartfon, həmçinin «Nexus Imprint», «USB Type-C» portu və «Snapdragon 808» prosessoru ilə təchiz edilib.
«5x» smartfonunda ekranın təsvir ölçüsü əvvəlki kimi 1080p-dir, ancaq kameranın təsvir ölçüsü 12 meqapikselədək artırılıb: «6P» qurğusunda olduğu kimi matrisin fiziki ölçüsünün artırılması sayəsində «LG»-nin smartfonu qaranlıqda keyfiyyətli fotolar çəkməyə və «4K» formatında videolar çəkməyə imkan verir.
Hər iki smartfon «Android Marshmallow» mobil əməliyyat sistemi ilə işləyir və bütün yeni funksiyaları dəstəkləyir.
«Nexus Imprint» barmaq izləri skaneri həm smartfonda hansısa məlumatlara giriş, həm də ödənişlərin edilməsi üçün tətbiq edilir.
Emil Hüseynov
Baxış sayı: 612
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib