12px13px15px17px
Tarix:02/10/15

Çində dünyanın ən güclü smartfonu yaradılıb

Çinin “LeTV” şirkəti ən yeni “Qualcomm Snapdragon 820” prosessoru, 6 giqabaytlıq operativ yaddaş və 5,7 düymlü ekranla təchiz ediləcək “LeTV Max 2” yeni smartfon modeli buraxacağını açıqlayıb.
 
Rəsmən hələ təqdim edilməyən "Snapdragon 820” xüsusiyyətlərinə görə əvvəlki nəsil "Snapdragon 810” prosessorundan iki dəfə sürətlidir. Hazırda smartfonlar üçün 3 giqabayt tutumlu operativ yaddaş bazar standartı hesab edilir. 6 giqabaytlıq güclü prosessorun operativ yaddaşla birləşməsi "LeTV Max 2” modelini dünyanın ən güclü smartfonu edəcək.
 
Bundan başqa, Çin aparatı 2560x1440 piksel təsvir ölçülü 5,7 düymlü ekran və “Sony” şirkətinin istehsalı olan 23 meqapikselli sensorlu kamera ilə təchiz ediləcək. 
 
Qurğunun 2016-cı ilin birinci rübündə bazara çıxarılacağı gözlənilir, - "NEWSru”  yazır.
 



Baxış sayı: 993

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024