Tarix:07/10/15
«ICTnews.az» sayt «lenta.ru» saytına istinadən yazır ki, hər iki smartfona 20 meqapiksel təsvir ölçülü «PureView» əsas kamera quraşdırılıb. «Lumia 950» modeli 5,2 düymlük ekran və 6 nüvəli «Snapdragon» prosessoru, «950 XL» modeli isə 5,7 düymlük ekran və 8 nüvəli prosessorla təchiz edilib. Smartfonlara 32 QB-lıq daxili yaddaş quraşdırılıb. Aparatlar müasir «USB-C» konnektorları ilə təchiz ediliblər.
«Windows10» ilə işləyən smartfonların əsas özəlliyi «Hello» və «Continuum» funksiyalarına malik olmasıdır. Birinci funksiya smartfonu blokdan çıxarmağa imkan verir. «Continuum» texnologiyası «Windows 10» ilə işləyən smartfon, planşet və noutbuklarda icra olunacaq proqramların işə salınmasını nəzərdə tutur.
«Continuum» texnologiyası sayəsində «Display Dock» aksessuarı «Windows» smartfonları masaüstü kompüterə çevirir. “Ağıllı” telefon, klaviatura və monitor cihaza qoşulur və bütün əməliyyatlar smartfonda icra edilir, amma istifadəçi bütün baş verənləri eyni anda böyükölçülü ekranda izləyir.
«Lumia 950» və «950 XL» smartfonları 550 dollar məbləğinə noyabrda ABŞ-da satışa çıxarılacaq. «Microsoft» şirkəti, həmçinin 5 düymlük ekran və 5 meqapiksellik əsas kameraya malik «Lumia 550» smartfonunu təqdim edib.
Emil Hüseynov
«Microsoft» yeni smartfonlarını nümayiş etdirib (FOTO)
«Microsoft» korporasiyası yeni «Windows 10 Mobile» əməliyyat sistemi ilə işləyən «Lumia 950» və «950 XL» smartfonlarını nümayiş etdirib. Bu smartfonlarda komponentlər maye soyutmasına malikdirlər.«ICTnews.az» sayt «lenta.ru» saytına istinadən yazır ki, hər iki smartfona 20 meqapiksel təsvir ölçülü «PureView» əsas kamera quraşdırılıb. «Lumia 950» modeli 5,2 düymlük ekran və 6 nüvəli «Snapdragon» prosessoru, «950 XL» modeli isə 5,7 düymlük ekran və 8 nüvəli prosessorla təchiz edilib. Smartfonlara 32 QB-lıq daxili yaddaş quraşdırılıb. Aparatlar müasir «USB-C» konnektorları ilə təchiz ediliblər.
«Windows10» ilə işləyən smartfonların əsas özəlliyi «Hello» və «Continuum» funksiyalarına malik olmasıdır. Birinci funksiya smartfonu blokdan çıxarmağa imkan verir. «Continuum» texnologiyası «Windows 10» ilə işləyən smartfon, planşet və noutbuklarda icra olunacaq proqramların işə salınmasını nəzərdə tutur.
«Continuum» texnologiyası sayəsində «Display Dock» aksessuarı «Windows» smartfonları masaüstü kompüterə çevirir. “Ağıllı” telefon, klaviatura və monitor cihaza qoşulur və bütün əməliyyatlar smartfonda icra edilir, amma istifadəçi bütün baş verənləri eyni anda böyükölçülü ekranda izləyir.
«Lumia 950» və «950 XL» smartfonları 550 dollar məbləğinə noyabrda ABŞ-da satışa çıxarılacaq. «Microsoft» şirkəti, həmçinin 5 düymlük ekran və 5 meqapiksellik əsas kameraya malik «Lumia 550» smartfonunu təqdim edib.
Emil Hüseynov
Baxış sayı: 749
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib