12px13px15px17px
Tarix:16/10/15

Ölkəmiz “ITU Telecom World 2015”-də yüksək səviyyədə təmsil olunub

Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun başçılığı ilə Azərbaycanın İKT sahəsində fəaliyyət göstərən 20-yə yaxın milli şirkəti, o cümlədən özəl, dövlət və qeyri-hökumət təşkilatları, eyni zamanda "start-up" qruplarının üzvlərindən ibarət ümumilikdə 40 nəfərlik nümayəndə heyəti "ITU Telecom World 2015"  Beynəlxalq Telekommunikasiya sərgi-konfransında iştirak etmək məqsədilə Macarıstanın Budapeşt şəhərində səfərdə olub.
 





 


"ITU Telecom World 2015" çərçivəsində təşkil olunan tədbirlərə Macarıstanın baş naziri Viktor Orban, çoxsaylı ölkələrdən sahə üzrə nazirlər, aparıcı İKT şirkətləri, beynəlxalq təşkilatlar, qeyri-hökumət təşkilatlarının rəhbərləri və yüksəksəviyyəli nümayəndələri, "start-up"- çılar qatılıblar.
 
 






Sərgidə Azərbaycan Milli İKT Pavilyonu təşkil edilib. "ITU Telecom World 2015" Beynəlxalq Telekommunikasiya sərgi-konfransının açılış mərasimindən sonra təşkil olunan "VIP Tur" zamanı Macarıstanın baş naziri və ali qonaqlar ilk olaraq Azərbaycanın Milli İKT Pavilyonu, daha sonra isə digər ölkələrin pavilyonları ilə yaxından tanış olublar.
 







/>
 


Həmçinin tədbirin mövzusuna uyğun olaraq, ölkəmizin ən yaxşı "start-up"ları "ITU Telecom World 2015" çərçivəsində keçirilən müsabiqələrə qatılıblar.
 
 
"Hökumət və Kiçik-Orta Sahibkarlıq dialoqu" adlı sessiyada və eyni gündə 15 nazirin iştirakı ilə təşkil olunan "Nazirlər toplantısı"nda nazir Əli Abbasov panelçi kimi çıxış edib və ölkəmizin təşəbbüsü ilə həyata keçirilən beynəlxalq miqyaslı layihələr barədə ətraflı məlumat verib.
 
Daha sonra təşkilatçıların müraciəti ilə Azərbaycan nümayəndə heyəti adından tədbiri işıqlandıran "Blumberg" telekanalına müsahibə verib.
 
 
Səfər çərçivəsində nazir Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) baş katibi, Dünya Bankının İKT üzrə Baş direktoru, Beynəlxalq Telekommunikasiya Peyk Təşkilatının Baş katibi, həmçinin Macarıstan, Rusiya, Pakistan, İran, Əfqanıstan, Myanmar, Banqladeş və Serbiyanın sahə üzrə nazirləri, dünyanın məşhur "Intel" və "Huawei" şirkətlərinin vitse-prezidentləri, o cümlədən Azərbaycanın İKT sektoruna sərmayə qoyuluşunda maraqlı olan macarıstanlı iş adamları ilə ikitərəfli görüşlər keçirib.
 
 



Baxış sayı: 550

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 May 2017

23/05/17
Beynəlxalq tənzimləmə informasiya texnologiyalarının inkişafına kömək edəcək

“InfoWatch” şirkətlər qrupunun prezidenti Natalya Kasperskaya mayın 21-23-də informasiya təhlükəsizliyi 

23/05/17
“WannaCry” virusundan zərərçəkənlərin 98%-dən çoxu “Windows 7” sisteminin istifadəçiləridir

“WannaCry” virusuna yoluxma hallarının 98%-i “Windows 7” sisteminin idarəetməsi altında işləyən 

23/05/17
“Selfie” üçün yeni smartfon təqdim edilib

“Oppo” şirkəti “selfie” həvəskarları üçün nəzərdə tutulan yeni “Oppo A77” smartfon modelini

23/05/17
“Nokia” şirkətinin yeni qabaqcıl smartfonunun xarakteristikaları məlum olub

“FrAndroid” portalının jurnalistləri ikiqat kamera ilə təchiz edilmiş yeni qabaqcıl “Nokia 9” smartfonunu 

23/05/17
“Samsung” şirkəti uzadıla bilən OLED displey hazırlayıb

“Samsung” şirkəti dünyada ilk uzadıla bilən ekran təqdim edəcək. Yeni displey 23-25 may tarixlərində 

22 05 2017

22/05/17
“Microsoft Surface Pro” planşeti haqqında yeni məlumatlar açıqlanıb

Təqdimatı Şanxayda ixtisaslaşmış sərgi çərçivəsində keçiriləcək “Microsoft Surface Pro” planşet kompüteri 

22/05/17
“Android” əlavələrinin həcmi azaldılacaq

Smartfon və planşetlərdə çox vaxt yaddaşın əsas hissəsini mobil əlavələr tutur. Bu, aztutumlu quraşdırılmış 

22/05/17
“Panasonic” şirkəti “Toughbook 33” adlı möhkəm hibrid planşet təqdim edib

“Panasonic” şirkəti “Windows 10” əməliyyat sistemi ilə işləyən “Toughbook 33” adlı möhkəm hibrid planşetinin

22/05/17
“Airbus” şirkətinin “uçan avtomobil”ində gediş qiyməti taksidən baha olmayacaq

Cari ilin sonunadək sərnişin hava daşımaları xidmətini sınaqdan keçirməyə başlayacaq “Airbus” şirkətinin 

22/05/17
Dubayda robot polis fəaliyyətə başlayacaq

“Robocop” adlı ilk robot polis rəsmən Dubayın polis xidmətinin tərkibinə daxil edilib. Bu haqda “Arabian