12px13px15px17px
Tarix:28/10/15

Ekranı heç bir zərbədən sınmayan smartfon nümayiş etdirilib

«Lenovo»ya məxsus olan «Motorola» şirkəti «Droid Maxx 2» smartfonunu təqdim edib. İstehsalçının sözlərinə görə, smartfona sınmayan ekran quraşdırılıb. Bunun üçün «Moto ShatterShield» adlı texnologiyadan istifadə edilib.
 
 
Smartfon 2560x1440 piksel təsvir ölçülü 5,4 düymlük «AMOLED» ekran,  ikiqat sensor qat və iki qoruyucu şüşə ilə təchiz edilib. «Motorola» şirkətinin nümayəndəsi əmin edir ki, belə paneli sındırmaq, demək olar, mümkün deyil.
 
 
«ICTnews.az» saytı «dailycomm.ru» saytına istinadən yazır ki, smartfon 2 QHs takt tezlikli səkkiznüvəli «Qualcomm Snapdragon 810» prosessoru, 3 QB əməli yaddaş və 32/64 QB daxili yaddaşla təchiz edilib. 2 TB tutumunda «microSD» formatlı fləş kart dəstəklənir.
 
 
Bundan başqa, cihaz LED işıqlandırıcıya malik 21 meqapiksellik əsas kamera, 5 meqapiksellik fotomodul, 3630 milliamper/saat tutumunda akkumulyatora malikdir və «Android 5.1.1 Lollipop» mobil əməliyyat sistemi quraşdırılıb.
 
 
2015-ci ilin oktyabrın sonunda ABŞ-da «Motorola Droid Maxx 2» smartfonunun satışına başlanılır. Smartfonun dəyəri 384 dollar təşkil edəcək.
 
 
Emil Hüseynov
 
 
 
 
 
 
 
 
 



Baxış sayı: 917

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024