12px13px15px17px
Tarix:05/11/15

Yaponiya məktəblilərinin hazırladığı batareyalı qatar “Ginnesin rekordlar kitabı”na düşüb

Yaponiya məktəblilərinin hazırladığı adi batareya ilə işləyən elektrik qatarı "Ginnesin rekordlar kitabı"na düşüb. Kitabda müvafiq qeyd sınaq qatar nümunəsi Akita prefekturasında dəmiryolu ilə 23 km məsafəni uğurla qət etdikdən sonra edilib.
 
Yeni rekord dəmiryolu ilə adi batareya enerjisindən istifadə etməklə ən böyük məsafəni qət edən "nəqliyyat vasitəsi" kateqoriyasında qeydə alınıb.
 
13 yuxarı sinif şagirdinin daxil olduğu qrupa Takumi Tsukidzava rəhbərlik edir.
 
Bir kiçik vaqondan ibarət olan elektrik qatarının damı iki böyük batareya mulyajı ilə bəzədilib. Qatarı hərəkətə gətirmək üçün gənc ixtiraçılar bütün mağazalarda satılan D tipli 600 batareyadan istifadə ediblər. On nəfər sərnişinin yerləşdiyi nəqliyyat vasitəsinin sürəti aşağıdır və saatda 7-10 km təşkil edir. Bu səbəbdən 23 km məsafəni qət etmək üçün 2 saat 47 dəqiqə lazım olub.
 
Yurihondzay şəhərində "Maeqo" stansiyasının platformasında unikal elektrik qatarının gəlişini "Ginnesin rekordlar kitabı"nı təmsil edən mütəxəssislər, çoxsaylı yerli sakinlər, eləcə də yeni rekordçuların təhsil aldığı məktəbin şagird və müəllimləri gözləyiblər. Rekordun qeydə alınmasını təsdiq edən sertifikat məktəblilərə alqış sədaları altında təqdim edilib, - "TASS" yazır.



Baxış sayı: 623

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024