Tarix:16/11/15
"Bizim həllimiz bazarda mövcud olan müvafiq qurğulardan fərqli olaraq, yalnız küçədə deyil, həm də bina, zirzəmi, ticarət mərkəzlərində uşağın olduğu yeri müəyyən edir" - «Mongoose» şirkətinin layihə meneceri İrina İmanasova "Kazinform" agentliyinə müsahibəsində deyib.
«ICTnews.az» saytı «itar-tass.com» saytına istinadən yazır ki şirkətin şərəfinə adlandırılmış qurğu yığcam «GPS» treker formasındadır: ölçüsü və görünüşü ilə açarlar üçün breloku xatırladır. Qurğunun korpusu sukeçirməz və zərbəyə davamlı materialdan hazırlanıb. «Elektron dayə» elə yığılıb ki, özünə əlavə diqqət cəlb etmir. Mobil qurğu təxminən 20 gün avtonom işləyə bilir.
"Kazinform" agentliyi yazır ki, «Mongoose» adlı qurğu uşağın hərəkət qrafikini yadda saxlaya bilir. Məsələn, uşaq həftənin iş günləri səhər saat 9-dan axşam 6-dək məktəbdə olur. GPS treker ənənəvi marşrutdan sapma qeydə aldıqda valideynlərin mobil telefonuna xəbərdarlıq göndərir. Yeri gəlmişkən, öncədən ödənilmiş rouminqə malik SİM kart sayəsində «Mongoose» qurğusu uşaq ölkənin sərhədlərini tərk etdikdə belə onun olduğu yer haqda məlumat verir.
Emil Hüseynov
Mobil qurğu vasitəsilə uşaqların olduğu yeri müəyyən etmək mümkün olacaq
Qazaxıstanda uşaqların olduğu yer və hərəkəti haqda valideynlərə məlumat verən mobil qurğu hazırlanıb. Gələn ilin fevralında sözügedən qurğu satışa çıxarılacaq."Bizim həllimiz bazarda mövcud olan müvafiq qurğulardan fərqli olaraq, yalnız küçədə deyil, həm də bina, zirzəmi, ticarət mərkəzlərində uşağın olduğu yeri müəyyən edir" - «Mongoose» şirkətinin layihə meneceri İrina İmanasova "Kazinform" agentliyinə müsahibəsində deyib.
«ICTnews.az» saytı «itar-tass.com» saytına istinadən yazır ki şirkətin şərəfinə adlandırılmış qurğu yığcam «GPS» treker formasındadır: ölçüsü və görünüşü ilə açarlar üçün breloku xatırladır. Qurğunun korpusu sukeçirməz və zərbəyə davamlı materialdan hazırlanıb. «Elektron dayə» elə yığılıb ki, özünə əlavə diqqət cəlb etmir. Mobil qurğu təxminən 20 gün avtonom işləyə bilir.
"Kazinform" agentliyi yazır ki, «Mongoose» adlı qurğu uşağın hərəkət qrafikini yadda saxlaya bilir. Məsələn, uşaq həftənin iş günləri səhər saat 9-dan axşam 6-dək məktəbdə olur. GPS treker ənənəvi marşrutdan sapma qeydə aldıqda valideynlərin mobil telefonuna xəbərdarlıq göndərir. Yeri gəlmişkən, öncədən ödənilmiş rouminqə malik SİM kart sayəsində «Mongoose» qurğusu uşaq ölkənin sərhədlərini tərk etdikdə belə onun olduğu yer haqda məlumat verir.
Emil Hüseynov
Baxış sayı: 584
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib