Tarix:23/11/15
Texnologiya mikroelektronika komponentlərində istifadə olunan materialın maya dəyərini 100 dəfə azaltmağa imkan verir. İndiyədək qrafen qrafit kristallarının qazaoxşar mərhələdən xüsusi plastinə çökdürülməsi üsulu ilə istehsal olunub.
Məhz bu altlıq hazır məhsulun dəyərini müəyyən edib, çünki texnologiya onun təmiz misdən hazırlanaraq sonradan mexaniki emal və hamarlanmasını tələb edib. Şotlandiya alimləri sübut ediblər ki, bahalı mis plastini xeyli ucuzlaşdırmaq mümkündür. Onlar aparılan eksperimentlərdə qrafenin alınması üçün elektrotexnikada geniş tətbiq edilən elektrik akkumulyatorlarının plastin naqillərindən istifadə ediblər.
Fiziklərin qiymətləndirməsinə görə, hazırda tətbiq edilən plastinin dəyəri 1 kvadratmetr üçün 115 dollar təşkil edir. Onlar isə təcrübələrdə 1 kv.m üçün 1 dollar qiymətinə alınan tam analoji altlıqdan istifadə ediblər. Beləliklə, bu, təkcə materialda misin emal xərcləri nəzərə alınmadan 100 dollara qənaətə imkan verir.
Qeyd edək ki, qrafen poladdan möhkəmdir və çox nazik olduğuna görə ikiölçülü hesab edilir. Qrafen torunun qalınlığı bir atom təşkil edir ki, bu da kağızdan bir milyon dəfə nazikdir. 10 il əvvəl – 2004-cü ildə kəşf edilən qrafen kimyəvi əlaqələrlə birləşdirilmiş karbon atomlarının bir qatından ibarət yüksək elektrik keçirici, davamlı və elastik nanomaterialdır. Bir neçə nanometrlik qalınlığı sayəsində bu material görünən işıq üçün, demək olar, tam şəffafdır və buna görə mikroelektron qurğularda tətbiq olunmaq üçün çox perspektivli sayılır, - “TOPSPBTV” yazır.
Şotlandiya ucuz qrafen istehsal edəcək
Şotlandiyanın Qlazqo Universitetinin alimləri qrafenin innovativ sənaye istehsalı texnologiyasını hazırlayıblar.Texnologiya mikroelektronika komponentlərində istifadə olunan materialın maya dəyərini 100 dəfə azaltmağa imkan verir. İndiyədək qrafen qrafit kristallarının qazaoxşar mərhələdən xüsusi plastinə çökdürülməsi üsulu ilə istehsal olunub.
Məhz bu altlıq hazır məhsulun dəyərini müəyyən edib, çünki texnologiya onun təmiz misdən hazırlanaraq sonradan mexaniki emal və hamarlanmasını tələb edib. Şotlandiya alimləri sübut ediblər ki, bahalı mis plastini xeyli ucuzlaşdırmaq mümkündür. Onlar aparılan eksperimentlərdə qrafenin alınması üçün elektrotexnikada geniş tətbiq edilən elektrik akkumulyatorlarının plastin naqillərindən istifadə ediblər.
Fiziklərin qiymətləndirməsinə görə, hazırda tətbiq edilən plastinin dəyəri 1 kvadratmetr üçün 115 dollar təşkil edir. Onlar isə təcrübələrdə 1 kv.m üçün 1 dollar qiymətinə alınan tam analoji altlıqdan istifadə ediblər. Beləliklə, bu, təkcə materialda misin emal xərcləri nəzərə alınmadan 100 dollara qənaətə imkan verir.
Qeyd edək ki, qrafen poladdan möhkəmdir və çox nazik olduğuna görə ikiölçülü hesab edilir. Qrafen torunun qalınlığı bir atom təşkil edir ki, bu da kağızdan bir milyon dəfə nazikdir. 10 il əvvəl – 2004-cü ildə kəşf edilən qrafen kimyəvi əlaqələrlə birləşdirilmiş karbon atomlarının bir qatından ibarət yüksək elektrik keçirici, davamlı və elastik nanomaterialdır. Bir neçə nanometrlik qalınlığı sayəsində bu material görünən işıq üçün, demək olar, tam şəffafdır və buna görə mikroelektron qurğularda tətbiq olunmaq üçün çox perspektivli sayılır, - “TOPSPBTV” yazır.
Baxış sayı: 633
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib