12px13px15px17px
Tarix:05/12/15

Alimlər həssas sensorlarla təchiz edilmiş süni dəri yaradıblar

Stenford Universitetinin mühəndisləri təzyiqi ölçən sensorlarla təchiz edilmiş plastik dəri yaradıblar.
 
“ICTnews” elektron xəbər xidmətinin məlumatına əsasən, yeni texnologiya, “iPhone” barmaq toxunuşlarını tanıma həssaslığında işləyir. Beləliklə, alimlər yanğın qurbanı olmuş və protez daşıyan insanlara toxunma qabiliyyətini bərpa etmək imkanı vermək niyyətindədirlər.
 
Bu layihə üzərində bir neçə il işləyən doktor Çjenan Baonun komandası, artıq süni dəriyə, adi dərinin reseptorlarını tam yamsılayan sensor quraşdıra bilib. Növbəti addım – sensorun topladığı məlumatları beyinə ötürməkdir.
 
Toxunuş zamanı təzyiqin daha dəqiq ölçülməsi üçün doktor sensorun ölçüsünü kiçiltmək niyyətindədir ki, o, insan dərisində milyonlarla sensor reseptorlarına bərabər olan əlavə təzyiq mərkəzlərini emal edə bilsin. Dəri bazara daha bir neçə ildən sonra çıxarılacaq, lakin mühəndislər yeni sensorları mümkün qədər tez tətbiq etmək istəyirlər.
 
Aynur Vəliyeva
 



Baxış sayı: 1207

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Dekabr 2024

24 12 2024