12px13px15px17px
Tarix:09/12/15

Kağız vərəqi standart akkumulyatorları əvəz edəcək

İsveçin Linköpinq Universitetinin mütəxəssisləri tərəfindən yaradılmış «Power Paper» adlı yeni kağız vərəqi akkumulyator funksiyasını yerinə yetirir. Belə ki, qurğu  enerji saxlamaq və elektrik şəbəkəsindən enerji toplamaq qabiliyyətinə malikdir.
 
«ICTnews» elektron xəbər xidməti «infox.ru» resursuna istinadən yazır ki, «Power Paper» kağız vərəqi xüsusi keçirici polimer və nanosellüloza materiallarından ibarətdir.
 
Alimlər bildiriblər ki, polimerin dəyəri çox ucuzdur, sellüloza isə bərpa olunan resursdur. Buna görə «Power Paper» ixtirasının maya dəyəri baha olmayacaq.
 
Layihə müəlliflərinin sözlərinə görə, «Power Paper» kağız vərəqi sukeçirməzdir və adi kağızla müqayisədə daha möhkəmdir. Alimlər 150x150 mm ölçüsündə kağız vərəqindən 1 farad enerji toplamağa nail olublar.
 
 
Qeyd edək ki, «Power Paper» kağızının istehsal prosesi məxfi saxlanılır.
 
Emil Hüseynov
 
 
 
 



Baxış sayı: 987

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024