Tarix:19/12/15
"ICTnews" elektron xəbər xidməti "vesti.ru" resursuna istinadən xəbər verir ki, innovativ sistem daxili kamera ilə təchiz edilmiş eynək formasında hazırlanıb və real dünyadakı təsviri yığcam videoprosessora göndərir. Bu qurğu isə öz növbəsində təsvirin bəzi hissələrini "ələ keçirərək" onu beynin görməyə cavabdeh bölməsində yerləşdirilmiş 11 ötürücü qurğuya (hər birində 43 elektrod mövcuddur) ötürür.
Sözügedən texnologiyanın yaradıcısı Artur Lourinin sözlərinə görə, hər bir elektrod kompüter monitorundakı piksellə müqayisə edilə bilən işıq nöqtəsi əks etdirə bilər. Ümumiyyətlə isə, ötücü qurğular 500 işıq nöqtəsi əks etdirə bilər ki, bu da insan gözünün imkanından (1-2 milyon piksel) dəfələrlə azdır. Amma sadə təsvir yaratmaq üçün 500 işıq nöqtəsi kifayətdir.
"Prosessor – minimum informasiyadan istifadə etməklə mürəkkəb vəziyyəti əks etdirən karikaturaçı kimidir" – deyə Louri fikrini bölüşüb.
Emil Hüseynov
Süni göz görmə qabiliyyətini tamamilə itirmiş insanlara dünya işığını bəxş edəcək
2016-cı ildə Monaşa Universitetində çalışan avstraliyalı alimlər tərəfindən görmə qabiliyyətini tamamilə itirmiş insanlar üzərində süni gözün köçürülməsi əməliyyatı aparılacaq. Süni görmə sistemi təsviri bilavasitə beyinə ötürəcək."ICTnews" elektron xəbər xidməti "vesti.ru" resursuna istinadən xəbər verir ki, innovativ sistem daxili kamera ilə təchiz edilmiş eynək formasında hazırlanıb və real dünyadakı təsviri yığcam videoprosessora göndərir. Bu qurğu isə öz növbəsində təsvirin bəzi hissələrini "ələ keçirərək" onu beynin görməyə cavabdeh bölməsində yerləşdirilmiş 11 ötürücü qurğuya (hər birində 43 elektrod mövcuddur) ötürür.
Sözügedən texnologiyanın yaradıcısı Artur Lourinin sözlərinə görə, hər bir elektrod kompüter monitorundakı piksellə müqayisə edilə bilən işıq nöqtəsi əks etdirə bilər. Ümumiyyətlə isə, ötücü qurğular 500 işıq nöqtəsi əks etdirə bilər ki, bu da insan gözünün imkanından (1-2 milyon piksel) dəfələrlə azdır. Amma sadə təsvir yaratmaq üçün 500 işıq nöqtəsi kifayətdir.
"Prosessor – minimum informasiyadan istifadə etməklə mürəkkəb vəziyyəti əks etdirən karikaturaçı kimidir" – deyə Louri fikrini bölüşüb.
Emil Hüseynov
Baxış sayı: 3362
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib