Tarix:05/01/16
"ICTnews" Elektron Xəbər Xidməti "www.androidcommunity.com" resursuna istinadən yazır ki, oxşar təşəbbüslər Avropa İttifaqı ölkələrində də mövcuddur. Bildirilir ki, vahid enerji doldurma qurğu standartına keçid təkcə istehlakçılara kömək etməyəcək, həm də "elektron tullantılar"ın sayını azaldacaq. Hazırda qanun layihəsinin müəllifləri mobil qurğular üçün enerji doldurmanın vahid standartını müəyyənləşdirməsələr də, onun "micro-USB" olacağı ehtimal edilir, çünki əksər mobil qurğularda məhz bu çıxışdan (slot) istifadə olunur.
Məlumat üçün qeyd edək ki, söhbət istənilən markalı telefona uyğun gələcək vahid enerji doldurma qurğusunun yaradılmasından gedir. Bu cür qurğu milyonlarla mobil rabitə istifadəçilərinin gündəlik həyatlarına rahatlıq gətirəcək. Lakin ən əsası odur ki, şirkətlər telefonları enerji doldurma qurğularsız satacaqlar. Ekspertlər hesab edir ki, belə vəziyyətdə isə nəinki komplektin qiyməti enəcək, həmçinin istifadə olunan resursların və zərərli maddə tullantılarının həcmi də xeyli azalacaq.
Nizam Nuriyev
Smartfon və planşetlər üçün vahid enerji doldurma standartı tətbiq ediləcək
İsveçrə hökuməti smartfon və planşet istehsalçılarının vahid enerji doldurma qurğu standartına keçməklə bağlı qərar çıxarmağı planlaşdırır."ICTnews" Elektron Xəbər Xidməti "www.androidcommunity.com" resursuna istinadən yazır ki, oxşar təşəbbüslər Avropa İttifaqı ölkələrində də mövcuddur. Bildirilir ki, vahid enerji doldurma qurğu standartına keçid təkcə istehlakçılara kömək etməyəcək, həm də "elektron tullantılar"ın sayını azaldacaq. Hazırda qanun layihəsinin müəllifləri mobil qurğular üçün enerji doldurmanın vahid standartını müəyyənləşdirməsələr də, onun "micro-USB" olacağı ehtimal edilir, çünki əksər mobil qurğularda məhz bu çıxışdan (slot) istifadə olunur.
Məlumat üçün qeyd edək ki, söhbət istənilən markalı telefona uyğun gələcək vahid enerji doldurma qurğusunun yaradılmasından gedir. Bu cür qurğu milyonlarla mobil rabitə istifadəçilərinin gündəlik həyatlarına rahatlıq gətirəcək. Lakin ən əsası odur ki, şirkətlər telefonları enerji doldurma qurğularsız satacaqlar. Ekspertlər hesab edir ki, belə vəziyyətdə isə nəinki komplektin qiyməti enəcək, həmçinin istifadə olunan resursların və zərərli maddə tullantılarının həcmi də xeyli azalacaq.
Nizam Nuriyev
Baxış sayı: 855
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib