12px13px15px17px
Tarix:21/01/16

“Apple” şirkəti məlumatların ötürülməsində işıq şüalarından istifadəyə əsaslanan texnologiyanı sınaqdan keçirir

"Apple" şirkəti məlumatların ötürülməsində görünən işıq şüalarından istifadəyə əsaslanan texnologiya ("Li-Fi") üzərində təcrübə aparır. Bu yaxınlarda "iOS 9" mobil əməliyyat sisteminin son versiyasında "Li-Fi" texnologiyasına istinad diqqət çəkmişdi.
 
Qeyd edək ki, "Li-Fi" texnologiyası 2011-ci ildə Edinburq Uuniversitetinin professoru Harald Haas tərəfindən təqdim edilib. Bu texnologiya indi geniş yayılmış "Wi-Fi"-dan fərqli olaraq məlumatların ötürülməsində radio dalğalarından deyil, işıq şüalarından istifadə edir.
 
"ICTnews" Elektron Xəbər Xidməti "vesti.ru" saytına istinadən yazır ki, yeni texnologiyanın köməyi ilə məlumatların ötürülməsində stolüstü çıraq, avtomobil farası və ya adi lampadan istifadə edilə bilər.
 
Bundan başqa, "Li-Fi" texnologiyasının buraxılış qabiliyyəti "Wi-Fi"-dan yüz dəfələrlə yüksəkdir. Tədqiqatçılar 4 il əvvəl laboratoriya şəraitində rekord göstəriciyə (saniyədə 224 qiqabit sürət) nail olmuşdular.
 
Ötən ilin sonunda ilk dəfə real şəraitdə sınaqdan keçirilmiş "Li-Fi" texnologiyasında 1 Qbit/san sürəti qeydə alınıb ki, bu da orta statistik "Wi-Fi" (təqribən 10 Mbit/s) şəbəkəsindən 100 dəfə yüksəkdir.
 
Emil Hüseynov



Baxış sayı: 714

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024