12px13px15px17px
Tarix:23/01/16

İnsan orqanizminə implantasiya edilən cihaz ideyası populyarlaşır

Dərinin altına cihaz yerləşdirən insanların sayı artmaqda davam edir. Tədqiqatçıların məlumatına görə, 2023-cü ilə insan bədəninə implantasiya edilən telefonların geniş yayılması gözlənilir. İnsanların "robotlaşdırılması" ilə bağlı ideya çoxdan müzakirə edilir.


"ICTnews" Elektron Xəbər Xidməti "gazeta.ru" saytına istinadən yazır ki, texnologiyaların orqanizmə implantasiya edilməsində əsas məqsəd istifadəçilərin sağlamlığının qeydinə qalmaq, gündəlik işləri (alış-veriş, nəqliyyat haqqının ödənilməsi və s.) asanlaşdırmaqdır.

Bundan başqa, yaxın gələcəkdə insan orqanizminə daxil edilən texnologiyalar insanlar arasında yeni ünsiyyət formasının yaranmasına səbəb ola bilər.

Əlbəttə ki, sözügedən texnologiya, həmçinin insana təhlükə (şəxsi həyata müdaxilə və ya məsafədən sağlamlığa ziyan vurmaq) yaradır. İnsan orqanizminə qurulmuş hər bir qurğunun unikal və etibarlı şifrlənməsi təhlükəsizlik probleminin həllində kömək edəcək.

Hələ 2015-ci ilin noyabrında Dünya İqtisadi Forumunda iştirak edən ekspertlər tərəfindən təqdim edilmiş hesabatda yaxın gələcəklə bağlı proqnozlar öz əksini tapıb. Hesabatda yer almış mövzulardan biri 2023-cü ilə insan bədəninə implantasiya olunan telefon ideyası ilə bağlıdır.

Emil Hüseynov



Baxış sayı: 1238

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Dekabr 2024

21 12 2024