Tarix:02/02/16
Belə ki, alimlər neyronların epileptik aktivlik mənbələrini dəqiqliklə müəyyənləşdirmək üçün yeddi nəfər epilepsiya xəstəsinin gicgahına bir həftəlik müddətə elektrodlar yerləşdiriblər.
Elektrodların daimi aktivliyinə görə xəstələrin beyin siqnalları qeydə alınıb.
“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” resursuna istinadən yazır ki, beyinlərinə elektrodlar yerləşdirilən bütün xəstələrə 400 millisaniyə ərzində evlərin və müxtəlif insanların ağ-qara şəkilləri göstərilib. Bu zaman sistem gicgahdan gələn siqnalları qeydə alıb və alimlərə 20 millisaniyə ərzində 96 faizlik dəqiqliklə insanın nəyi görməsini nümayiş etdirib.
Texnologiya müasir nevrologiyanın ən çətin problemlərindən biri - “özünə qapanan insan” sindromunun həllinə kömək edə bilər. Bu sindrom xəstənin bütün əzələlərinin tam iflic olmasına görə kənarda baş verən hadisələrə reaksiya verməməsi ilə səciyyələndirilir.
Hazırda belə xəstələrlə yeganə ünsiyyət vasitəsi rolunu gözün köməyi ilə informasiyanın ötürülməsi oynayır.
Nizam Nuriyev
Alimlər beyin siqnallarının şifrlərini yüksək dəqiqliklə açmağa nail olublar
ABŞ-ın Vaşinqton Universitetinin beyinin tədqiqi ilə məşğul olan mütəxəssisləri real vaxt rejimində beyin siqnallarının şifrlərini yüksək dəqiqliklə açmağa nail olublar.Belə ki, alimlər neyronların epileptik aktivlik mənbələrini dəqiqliklə müəyyənləşdirmək üçün yeddi nəfər epilepsiya xəstəsinin gicgahına bir həftəlik müddətə elektrodlar yerləşdiriblər.
Elektrodların daimi aktivliyinə görə xəstələrin beyin siqnalları qeydə alınıb.
“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” resursuna istinadən yazır ki, beyinlərinə elektrodlar yerləşdirilən bütün xəstələrə 400 millisaniyə ərzində evlərin və müxtəlif insanların ağ-qara şəkilləri göstərilib. Bu zaman sistem gicgahdan gələn siqnalları qeydə alıb və alimlərə 20 millisaniyə ərzində 96 faizlik dəqiqliklə insanın nəyi görməsini nümayiş etdirib.
Texnologiya müasir nevrologiyanın ən çətin problemlərindən biri - “özünə qapanan insan” sindromunun həllinə kömək edə bilər. Bu sindrom xəstənin bütün əzələlərinin tam iflic olmasına görə kənarda baş verən hadisələrə reaksiya verməməsi ilə səciyyələndirilir.
Hazırda belə xəstələrlə yeganə ünsiyyət vasitəsi rolunu gözün köməyi ilə informasiyanın ötürülməsi oynayır.
Nizam Nuriyev
Baxış sayı: 1220
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib