12px13px15px17px
Tarix:03/02/16

Yeni nəsil avtomatlaşdırılmış ekzoskelet fiziki məhdudiyyətli insanlara kömək edəcək

ABŞ-ın "SuitX" şirkəti tərəfindən hazırlanmış yeni nəsil avtomatlaşdırılmış "Phoenix" ekzoskeleti sayəsində iflic olmuş insanlar yenidən hərəkət etmək imkanı əldə edə bilərlər. Hər bir belə konstruksiya sifariş əsasında hazırlanır və çəkisi təxminən 12 kq-dır.
 
"ICTnews" Elektron Xəbər Xidməti "hitech.vesti.ru" saytına istinadən yazır ki, lakin sözügedən ekzoskeletin dəyəri təqribən 40 min dollar təşkil edir ki, bu da əlil arabası ilə müqayisədə çox bahadır.
 
Tibb şirkətləri əlillərin sərbəst hərəkət etməsinə kömək məqsədilə "robot kostyum"ları üzərində təkmilləşdirmə işləri aparırlar. Müqayisə üçün, "ReWalk" adlı analoqlardan birinin dəyəri 70 min dollar və çəkisi 22 kq-dır.
 
Bununla belə, ekzoskeletlərin qiymətinin baha olması və aşağı iş qabiliyyəti nəticəsində  onlar bir çoxları üçün əlçatan deyil.
 
"Bu sistemlərin alternativ kimi qəbul edilməsi üçün sürət, iş vaxtı, yığcamlıq və rahatlıq kifayət qədər yaxşı olmalıdır" –  deyə "ETH Zurich"in elmi işçisi Folker Bartenbax bildirib. Əgər çörək dükanına olan 100 metr məsafəni qət etmək üçün sizə 10 dəqiqə və ekzoskeleti geyinmək üçün 5 dəqiqə vaxt lazımdırsa, o zaman siz, ehtimal ki, əlil arabasına üstünlük verəcəksiniz".
 
Emil Hüseynov
 

 
 



Baxış sayı: 1279

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024