12px13px15px17px
Tarix:20/09/11

Sistem lövhəni səs vasitəsi ilə idarə etməyi təklif edir

“MSİ” şirkəti səs əmrləri vasitəsi ilə sistem lövhə və kompyuteri idarə etməyə imkan yaradan “Voice Genie” sisteminin iş prosesini nümayiş etdirib.

“Voice Genie” 2 əsas komponentdən ibarətdir: xüsusi genişlənmə kartı və proqram təminatı. Kart “JDLED3” konnektoruna qoşulur. Qeyd edək ki, bu konnektor “MSİ”-nin ikinci nəsil (Sandy Bridge platforması) “İntel Core” prosessorları üçün bütün sistem lövhələrində praktik olaraq mövcuddur.

İddia edildiyi kimi, sistem səs əmrlərinin etibarlı müəyyən edilməsini təmin edir. İstifadəçi, məsələn, kompyuteri "MSİ" “Big Bang Power On" sözləri yandıra və ya "Power Off MSI Big Bang" ifadəsi ilə söndürə bilər.

Proqram-aparat kompleksi, həmçinin səyyahın səs ilə icra olunmasını, idarə panelini açmağı və digər hərəkətləri yerinə yetirməyə imkan yaradır.

“Voice Genie” proqram təminatı vasitəsi ilə şəxsi əmrlər də yaratmaq olar. “MSİ” şirkəti “Voice Genie” sisteminin satışa çıxarılma tarixini və qiymətini açıqlamır.



Baxış sayı: 1687

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024