Tarix:19/02/16
Məlumat üçün bildirək ki, teplovizor – bu, görünməyən infraqırmızı şüa buraxan obyektlərin görünən təsvirinin əldə olunması üçün nəzərdə tutulmuş optik-elektron sistemdir. Sözügedən qurğu əksər hallarda gecə görmə cihazı kimi və ya obyektin temperaturunun ölçülməsində istifadə olunur.
“ICTnews” Elektron Xəbər Xidməti “lenta.ru” saytına istinadən yazır ki, “S60” modeli “Cat” brendi altında istehsal edilən cihazların istehsal xəttinə daxildir. “FLIR Systems” şirkəti qurğu üçün teplovizor modulunu tədarük edir.
Smartfon termik üsulla təsviri real vaxt rejimində 640x480 piksel təsvir ölçüsündə ekranda göstərir. Görüntünü həm şəkil, həm də video formasında saxlamaq olar.
“Cat S60” qurğusu xilasetmə əməliyyatlarında istifadə üçün (məsələn, güclü duman şəraitində insanları axtarmaq üçün) nəzərdə tutulub.
Bundan başqa, cihaz 1.8 metr hündürlükdən düşməyə dayanıqlıdır və 5 metrədək dərinliyində suda qala bilir. 2016-cı ildə mayın sonunda “Cat S60” modelinin satışa çıxarılacağı gözlənilir.
Emil Hüseynov
Daxili teplovizorla təchiz edilmiş ilk smartfon nümayiş etdirilib
“Bullitt” şirkəti dünyada daxili teplovizora malik ilk smartfon təqdim edib.Məlumat üçün bildirək ki, teplovizor – bu, görünməyən infraqırmızı şüa buraxan obyektlərin görünən təsvirinin əldə olunması üçün nəzərdə tutulmuş optik-elektron sistemdir. Sözügedən qurğu əksər hallarda gecə görmə cihazı kimi və ya obyektin temperaturunun ölçülməsində istifadə olunur.
“ICTnews” Elektron Xəbər Xidməti “lenta.ru” saytına istinadən yazır ki, “S60” modeli “Cat” brendi altında istehsal edilən cihazların istehsal xəttinə daxildir. “FLIR Systems” şirkəti qurğu üçün teplovizor modulunu tədarük edir.
Smartfon termik üsulla təsviri real vaxt rejimində 640x480 piksel təsvir ölçüsündə ekranda göstərir. Görüntünü həm şəkil, həm də video formasında saxlamaq olar.
“Cat S60” qurğusu xilasetmə əməliyyatlarında istifadə üçün (məsələn, güclü duman şəraitində insanları axtarmaq üçün) nəzərdə tutulub.
Bundan başqa, cihaz 1.8 metr hündürlükdən düşməyə dayanıqlıdır və 5 metrədək dərinliyində suda qala bilir. 2016-cı ildə mayın sonunda “Cat S60” modelinin satışa çıxarılacağı gözlənilir.
Emil Hüseynov
Baxış sayı: 628
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib