Tarix:29/02/16
“Kyocera” şirkəti tərəfindən təqdim edilmiş yeni displey prototipi günəş batareyası kimi işləyə bilər. Yeniliyin ölçüsü kiçik olduğundan o, mobil qurğularda istifadə oluna bilər.
“ICTnews” Elektron Xəbər Xidməti “infor.ru” saytına istinadən yazır ki, sözügedən şirkət öz həllini Barselonada keçirilmiş beynəlxalq “MWC 2016” sərgisində nümayiş etdirib. Təqdim edilmiş prototipə qalınlığı 0.55 mm olan nazik lövhə qurulub. Nəticədə smartfonun displeyi daxili akkumulyatoru sürətli şəkildə enerji ilə doldura bilər: məsələn, 3 dəqiqə müddətində günəş şüası qəbul edən displey 1 dəqiqəlik iş üçün kifayət edəcək qədər enerji generasiya edir.
Bu, “Kyocera” şirkəti tərəfindən təqdim edilmiş unikal ekranın ikinci nəslidir: istehsalçı ilk dəfə öz həllini ötən il martın əvvəlində “MWC 2015” sərgisində nümayiş etdirmişdi. Şirkət 1 il ərzində öz həllini günəş enerjisinin elektrik enerjisinə çevrilməsi planında 8 dəfə sürətləndirməyə nail olub.
“Kyocera” şirkətinin əməkdaşları prototip üzərində Fransanın “SunPartner” şirkətinin mütəxəssisləri ilə birgə çalışıblar. Onlar tərəfindən yaradılmış texnologiya “WYSIPS” (“What You See Is Photovoltaic Surface”) adlanır və iddialara görə, ekranın matrisindən asılı olmayaraq istənilən smartfon və planşetlərdə istifadə edilə bilər.
Emil Hüseynov
Günəş şüası ilə enerji toplayan displey təqdim edilib

Baxış sayı: 656
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib