Tarix:17/03/16
“ICTnews” Elektron Xəbər Xidməti “Naked Science” resursuna istinadən yazır ki, tədqiqatçıların sözlərinə görə, elektrik zəncirlərdə mikroskopik cızılmalar elektrik axınını dayandıra və qurğunun məhsuldarlığına ciddi ziyan vura bilər. Lakin belə cızıqları aşkar etmək nə qədər çətindirsə, bir o qədər onları aradan qaldırmaq daha çətindir. Alimlərin yaratdığı kiçik nanohissəciklər elektrik enerjisini ötürən qızıl və platindən hazırlanıb. Məhz bu fərqi aradan qaldırmağa, zənciri bağlamağa və cərəyana yenidən axmağa imkan verəcək. Bu hissəciklər hidrogen peroksidindən qidalanır. Tədqiqatçılar nanomühərriklərin qəsdən zədələnmiş zənciri 30 dəqiqə ərzində bərpa edə bilməsini nümayiş etdiriblər.
Mühəndislərin sözlərinə görə, onlar orqanizmin immun sistemindən - qanda dövr edən və yaraları sağaldan trombositlərdən ilhamlanaraq bu kəşfi ediblər.
Alimlər hesab edirlər ki, onların kəşfi xüsusilə ətraf mühitin sərt təsirinə məruz qalan və kiçik çatların yaranmasına meyilli günəş batareyaları, eləcə də yaxın gələcəkdə işıq üzü görəcək geyimə quraşdırılan qurğular üçün faydalı olacaq.
Nizam Nuriyev
Nanomühərriklər qurğuların cızılmış zəncirlərini bərpa edəcək
ABŞ mühəndisləri günəş batareyalarını və ya qurğuları təmir edə biləcək nanomühərriklər icad ediblər. Kiçik özüyeriyən nanohissəciklər elektron qurğuların elektrik zəncirlərində cızılma kimi zədələnmələri müstəqil aşkar edərək onları aradan qaldıra bilir.“ICTnews” Elektron Xəbər Xidməti “Naked Science” resursuna istinadən yazır ki, tədqiqatçıların sözlərinə görə, elektrik zəncirlərdə mikroskopik cızılmalar elektrik axınını dayandıra və qurğunun məhsuldarlığına ciddi ziyan vura bilər. Lakin belə cızıqları aşkar etmək nə qədər çətindirsə, bir o qədər onları aradan qaldırmaq daha çətindir. Alimlərin yaratdığı kiçik nanohissəciklər elektrik enerjisini ötürən qızıl və platindən hazırlanıb. Məhz bu fərqi aradan qaldırmağa, zənciri bağlamağa və cərəyana yenidən axmağa imkan verəcək. Bu hissəciklər hidrogen peroksidindən qidalanır. Tədqiqatçılar nanomühərriklərin qəsdən zədələnmiş zənciri 30 dəqiqə ərzində bərpa edə bilməsini nümayiş etdiriblər.
Mühəndislərin sözlərinə görə, onlar orqanizmin immun sistemindən - qanda dövr edən və yaraları sağaldan trombositlərdən ilhamlanaraq bu kəşfi ediblər.
Alimlər hesab edirlər ki, onların kəşfi xüsusilə ətraf mühitin sərt təsirinə məruz qalan və kiçik çatların yaranmasına meyilli günəş batareyaları, eləcə də yaxın gələcəkdə işıq üzü görəcək geyimə quraşdırılan qurğular üçün faydalı olacaq.
Nizam Nuriyev
Baxış sayı: 637
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib