Tarix:28/03/16
"ICTnews" Elektron Xəbər Xidməti "lenta.ru" saytına istinadən yazır ki, əvvəllər alimlər ya səthi maksimum hidrofob, ya da son dərəcə sürüşkən etməklə bu problemi çözməyə çalışıblar. Ancaq yeni ixtiranın müəllifləri izah ediblər ki, məhz rezin buzu özündən daha yaxşı uzaqlaşdırır və bu xüsusiyyət onun hidrofobluq dərəcəsindən asılı deyil.
Adətən bir-birinə möhkəm yapışdırılmış iki bərk materialı (məsələn, buz və metal) aralamaq üçün böyük səy tələb olunur. Ancaq rezinəoxşar səthin deformasiyası üçün minimum səy lazımdır ki, ona bərkidilmiş bərk material aralansın.
Sintetik kauçuk qarışığından ibarət yeni örtük yüksək temperatur, mexaniki abraziya, dondurulma və ərimənin təsirinə qarşı dayanıqlıdır. Bundan başqa, materialın hamarlığına nəzarət edən alimlər onun möhkəmliyini sazlamağa müvəffəq olublar: yumşaq səth buzu özündən daha yaxşı uzaqlaşdırsa da, möhkəmliyi zəif olur və əksinə.
"Təyyarələr üçün örtüyü maksimum şəkildə möhkəm hazırlamaq lazım gələcək və bu halda güclü külək və füzelyajın vibrasiyası buzu təmizləməkdə kömək edir. Əksinə, soyuducular üçün material Yer kürəsinin cazibə qüvvəsi və kiçik silkələnmənin təsiri nəticəsində buzu özündən uzaqlaşdırmalıdır" – sözügedən ixtiranın müəlliflərindən biri Kevin Qolovin deyib.
Emil Hüseynov
Alimlər buzu uzaqlaşdıran universal material ixtira ediblər
"Science Advances" jurnalının məlumatına görə, Miçiqan Universitetində işləyən alimlər öz səthində buz örtüyünün yaranmasının qarşısını almaq qabiliyyətinə malik olan möhkəm və ucuz material ixtira ediblər. Təyyarənin füzelyajı, soyuducu istehsalında bu materialdan istifadə etmək olar."ICTnews" Elektron Xəbər Xidməti "lenta.ru" saytına istinadən yazır ki, əvvəllər alimlər ya səthi maksimum hidrofob, ya da son dərəcə sürüşkən etməklə bu problemi çözməyə çalışıblar. Ancaq yeni ixtiranın müəllifləri izah ediblər ki, məhz rezin buzu özündən daha yaxşı uzaqlaşdırır və bu xüsusiyyət onun hidrofobluq dərəcəsindən asılı deyil.
Adətən bir-birinə möhkəm yapışdırılmış iki bərk materialı (məsələn, buz və metal) aralamaq üçün böyük səy tələb olunur. Ancaq rezinəoxşar səthin deformasiyası üçün minimum səy lazımdır ki, ona bərkidilmiş bərk material aralansın.
Sintetik kauçuk qarışığından ibarət yeni örtük yüksək temperatur, mexaniki abraziya, dondurulma və ərimənin təsirinə qarşı dayanıqlıdır. Bundan başqa, materialın hamarlığına nəzarət edən alimlər onun möhkəmliyini sazlamağa müvəffəq olublar: yumşaq səth buzu özündən daha yaxşı uzaqlaşdırsa da, möhkəmliyi zəif olur və əksinə.
"Təyyarələr üçün örtüyü maksimum şəkildə möhkəm hazırlamaq lazım gələcək və bu halda güclü külək və füzelyajın vibrasiyası buzu təmizləməkdə kömək edir. Əksinə, soyuducular üçün material Yer kürəsinin cazibə qüvvəsi və kiçik silkələnmənin təsiri nəticəsində buzu özündən uzaqlaşdırmalıdır" – sözügedən ixtiranın müəlliflərindən biri Kevin Qolovin deyib.
Emil Hüseynov
Baxış sayı: 724
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib