Tarix:30/03/16
“ICTnews” Elektron Xəbər Xidməti “N+1” resursuna istinadən yazır ki, mütəxəssislər bakteriyaların yoluxdurulmuş səth üzərində hərəkət edərək insan gözü ilə görünməyən iz buraxması faktına diqqət yetiriblər. Onlar səth üzərinə işıq salaraq işıq ləkəsinin bakteriyaların qamçılarının hərəkətinə görə azca dəyişməsinin şahidi olublar. Çoxlu bakteriyaların olduğu soyuducuda yoluxmanın müəyyənləşdirilməsi üçün lazer və adi kamera kifayət edir. Belə ki, qeydə alınan kadrları işıq ləkəsinin dəyişməsini müəyyənləşdirmək üçün bir-biri ilə müqayisə etmək lazımdır.
Eksperimentdə həm təzə, həm də "Escherichia coli” və “Bacillus cereus” bakteriyalarına yoluxmuş toyuğun döş hissələrindən istifadə edən alimlər nəticədə müxtəlif bakteriya tiplərini müəyyənləşdirməsələr də, təzə ərzaqları bayat ərzaqlardan seçməyə nail olublar. Mütəxəssislərin sözlərinə görə, yekunda üsul məhsulun təzəliyini tez, yalnız ümumi qida üçün yararlılıq anlayışında müəyyənləşdirməyə imkan verir. Daha dəqiq nəticələr əldə etmək üçün, heç şübhəsiz, laboratoriyaya müraciət etmək tələb olunur.
Hazırda qida məhsullarında təhlükəli mikroorqanizmlərin müəyyənləşdirilməsi üçün daha geniş yayılmış üsullar laboratoriya şəraitində analizləri nəzərdə tutur ki, bu da prosesin uzun müddət çəkməsi və qiymətin baha olması səbəbindən gündəlik istifadə üçün əlverişli hesab olunmur. Yeni üsul mürəkkəb avadanlıq tələb etmir, lazer və kamera isə adi soyuducuda quraşdırılmaqla ev sahiblərini qida üçün yararsız məhsullar barədə xəbərdar edəcək. Həmçinin oxşar nəzarət sistemi istehsal xətlərində istifadə oluna bilər.
Nizam Nuriyev
Soyuducuda quraşdırılan lazer insanları qida zəhərlənməsindən xilas edəcək
Koreya Qabaqcıl Texnologiyalar İnstitutunun (KAIST) tədqiqatçıları bakteriyalarla yoluxdurulmuş qidanın lazer vasitəsilə müəyyənləşdirilməsi metodunu hazırlayıblar.“ICTnews” Elektron Xəbər Xidməti “N+1” resursuna istinadən yazır ki, mütəxəssislər bakteriyaların yoluxdurulmuş səth üzərində hərəkət edərək insan gözü ilə görünməyən iz buraxması faktına diqqət yetiriblər. Onlar səth üzərinə işıq salaraq işıq ləkəsinin bakteriyaların qamçılarının hərəkətinə görə azca dəyişməsinin şahidi olublar. Çoxlu bakteriyaların olduğu soyuducuda yoluxmanın müəyyənləşdirilməsi üçün lazer və adi kamera kifayət edir. Belə ki, qeydə alınan kadrları işıq ləkəsinin dəyişməsini müəyyənləşdirmək üçün bir-biri ilə müqayisə etmək lazımdır.
Eksperimentdə həm təzə, həm də "Escherichia coli” və “Bacillus cereus” bakteriyalarına yoluxmuş toyuğun döş hissələrindən istifadə edən alimlər nəticədə müxtəlif bakteriya tiplərini müəyyənləşdirməsələr də, təzə ərzaqları bayat ərzaqlardan seçməyə nail olublar. Mütəxəssislərin sözlərinə görə, yekunda üsul məhsulun təzəliyini tez, yalnız ümumi qida üçün yararlılıq anlayışında müəyyənləşdirməyə imkan verir. Daha dəqiq nəticələr əldə etmək üçün, heç şübhəsiz, laboratoriyaya müraciət etmək tələb olunur.
Hazırda qida məhsullarında təhlükəli mikroorqanizmlərin müəyyənləşdirilməsi üçün daha geniş yayılmış üsullar laboratoriya şəraitində analizləri nəzərdə tutur ki, bu da prosesin uzun müddət çəkməsi və qiymətin baha olması səbəbindən gündəlik istifadə üçün əlverişli hesab olunmur. Yeni üsul mürəkkəb avadanlıq tələb etmir, lazer və kamera isə adi soyuducuda quraşdırılmaqla ev sahiblərini qida üçün yararsız məhsullar barədə xəbərdar edəcək. Həmçinin oxşar nəzarət sistemi istehsal xətlərində istifadə oluna bilər.
Nizam Nuriyev
Baxış sayı: 734
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib