Tarix:31/03/16
Artıq İtaliyada antik abidələrin rekonstruksiyası üzrə işlərə başlanılıb. Belə ki, robotlar Misirdən gətirilmiş mərmərin bloklarından II əsrin sonunda parfenonlular üzərində qələbənin şərəfinə ucaldılmış Roma zəfər tağlarının dəqiq nümunəsini yaratmağa çalışırlar. Xatırladaq ki, ötən ilin payızında Palmira şəhərinin antik abidələri terrorçular tərəfindən məhv edilib.
“ICTnews” Elektron Xəbər Xidməti “hitech.vesti.ru” saytına istinadən yazır ki, robotların apreldə bu işi bitirəcəyi, yayda isə 12 ton çəkisində konstruksiyanın müvəqqəti Londonun Trafalqar meydanına qoyulacağı gözlənilir. Daha sonra abidənin surətinin Nyu-Yorka daşınılması planlaşdırılır.
Palmira (Suriyanın antik Tadmor şəhəri) – YUNESKO tərəfindən Ümumdünya İrsi siyahısına daxil edilmiş dünyanın ən qədim şəhərlərindən biridir. Ötən ilin mayında İŞİD döyüşçüləri Palmira şəhərini zəbt etdikdən sonra qədim roma arxitekturasının bir çox nümunələrini məhv ediblər.
Emil Hüseynov
Robotlar Palmira şəhərinin antik abidələrini bərpa edəcək
Robotlar Suriyada gedən hərbi əməliyyatlar zamanı Palmira şəhərinin məhv edilmiş memarlıq abidələrinin bərpasına kömək edəcək. Əgər abidələri bərpa etmək mümkün olmasa, robotlar üçölçülü rəqəmli modellərə əsaslanaraq dünya tarixi və mədəniyyətinin şah əsərlərinin dəqiq surətini yenidən yaradacaq.Artıq İtaliyada antik abidələrin rekonstruksiyası üzrə işlərə başlanılıb. Belə ki, robotlar Misirdən gətirilmiş mərmərin bloklarından II əsrin sonunda parfenonlular üzərində qələbənin şərəfinə ucaldılmış Roma zəfər tağlarının dəqiq nümunəsini yaratmağa çalışırlar. Xatırladaq ki, ötən ilin payızında Palmira şəhərinin antik abidələri terrorçular tərəfindən məhv edilib.
“ICTnews” Elektron Xəbər Xidməti “hitech.vesti.ru” saytına istinadən yazır ki, robotların apreldə bu işi bitirəcəyi, yayda isə 12 ton çəkisində konstruksiyanın müvəqqəti Londonun Trafalqar meydanına qoyulacağı gözlənilir. Daha sonra abidənin surətinin Nyu-Yorka daşınılması planlaşdırılır.
Palmira (Suriyanın antik Tadmor şəhəri) – YUNESKO tərəfindən Ümumdünya İrsi siyahısına daxil edilmiş dünyanın ən qədim şəhərlərindən biridir. Ötən ilin mayında İŞİD döyüşçüləri Palmira şəhərini zəbt etdikdən sonra qədim roma arxitekturasının bir çox nümunələrini məhv ediblər.
Emil Hüseynov
Baxış sayı: 571
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet