Tarix:05/04/16
“ICTnews” Elektron Xəbər Xidməti “N+1” resursuna istinadən yazır ki, cihazı istənilən dərmanların (yüksək molekulyar biopreparatlar istisna olmaqla) sintezi üçün konfiqurasiya etmək olar. Nümayiş sınağında alimlər onun köməyi ilə ABŞ farmakopeyasının tələblərinə uyğun antigistamin və sedativ difenqidramin preparatını, yerli anesteziya edici və aritmiya əleyhinə lidokaini, diazepam anksioliti və fluoksetin antidepresantinin uğurlu sintezinə nail olublar.
Təsiredici maddədən asılı olaraq birgünlük istehsal yüz dərman məhlulu dozasından min dərman məhlulu dozasınadək (həb istehsalı modulu hazırlama mərhələsindədir, bu məqsədlər üçün “3D” çapdan istifadə imkanları öyrənilir) təşkil edib. Digər preparatın istehsalı üçün modulların dəyişdirilməsi və təmizləmə və dozalama sistemlərinin yuyulmasına dörd saata yaxın vaxt sərf olunur.
Mütəxəssislərin fikrincə, qurğu hərbi əməliyyat zonalarında (qurğunun hazırlanmasını ABŞ Müdafiə Nazirliyinin Qabaqcıl Müdafiə Elmi-Tədqiqat İşləmələri Agentliyi (DARPA) maliyyələşdirib), ucqar yerlərdə, epidemiya mənbələrində və ayrı-ayrı preparatlara böyük ehtiyac duyan xüsusiləşmiş müalicə müəssisələrində tətbiq oluna bilər. Bundan başqa, portativ əczaçılıq zavodu nadir xəstəliklərin müalicəsi üçün orqan preparatlarının təchizatı ilə bağlı problemləri həll etməyə kömək edəcək.
Nizam Nuriyev
Dərman istehsal edən qurğu yaradılıb
ABŞ-ın Massaçusets Texnoloji Universitetinin əməkdaşları hər gün fasiləsiz çoxlu dərman dozasının istehsalına imkan verən 1×0,7×1,8 metr ölçüsündə qurğu hazırlayıblar. O, reaktiv, nasos, sintez modulu (perftoralkoksial və membran separatorlu reaktorlar), çökmə, kristallaşma, filtrasiya və dozalanma tutumlarından ibarətdir. Sintez və təmizləmə prosesində maddələr durmadan borucuqlar sistemi ilə hərəkət etdiyinə görə istehsal fasiləsiz rejimdə davam edir.“ICTnews” Elektron Xəbər Xidməti “N+1” resursuna istinadən yazır ki, cihazı istənilən dərmanların (yüksək molekulyar biopreparatlar istisna olmaqla) sintezi üçün konfiqurasiya etmək olar. Nümayiş sınağında alimlər onun köməyi ilə ABŞ farmakopeyasının tələblərinə uyğun antigistamin və sedativ difenqidramin preparatını, yerli anesteziya edici və aritmiya əleyhinə lidokaini, diazepam anksioliti və fluoksetin antidepresantinin uğurlu sintezinə nail olublar.
Təsiredici maddədən asılı olaraq birgünlük istehsal yüz dərman məhlulu dozasından min dərman məhlulu dozasınadək (həb istehsalı modulu hazırlama mərhələsindədir, bu məqsədlər üçün “3D” çapdan istifadə imkanları öyrənilir) təşkil edib. Digər preparatın istehsalı üçün modulların dəyişdirilməsi və təmizləmə və dozalama sistemlərinin yuyulmasına dörd saata yaxın vaxt sərf olunur.
Mütəxəssislərin fikrincə, qurğu hərbi əməliyyat zonalarında (qurğunun hazırlanmasını ABŞ Müdafiə Nazirliyinin Qabaqcıl Müdafiə Elmi-Tədqiqat İşləmələri Agentliyi (DARPA) maliyyələşdirib), ucqar yerlərdə, epidemiya mənbələrində və ayrı-ayrı preparatlara böyük ehtiyac duyan xüsusiləşmiş müalicə müəssisələrində tətbiq oluna bilər. Bundan başqa, portativ əczaçılıq zavodu nadir xəstəliklərin müalicəsi üçün orqan preparatlarının təchizatı ilə bağlı problemləri həll etməyə kömək edəcək.
Nizam Nuriyev
Baxış sayı: 665
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib