12px13px15px17px
Tarix:06/04/16

Britaniyada smartfona quraşdırılan dron icad edilib

Böyük Britaniyanın "Buzz Technology" şirkəti smartfonun korpusuna quraşdırılmaqla onun kamerası ilə enerji alan pilotsuz uçan aparat konsepsiyasını hazırlayıb. Şirkət "3D" printerdə çap edilən bir neçə prototipi "The Gadget Show Live" sərgisində nümayiş etdirib.

"ICTnews" Elektron Xəbər Xidməti "N+1" resursuna istinadən yazır ki, mütəxəssislər smartfonun korpusunda miniatür kvadrokopterin yerləşdirilməsi üçün yer ayırmağı təklif edirlər. Onlar telefonu kameranı pilotsuz uçan aparatda bərkitmək üçün dəyişdirilən uzun kabellə təchiz ediblər. Qurğu enerjini və komandaları smartfonun fiziki xətti ilə alacaq. Beləliklə, istifadəçi havadan şəkil çəkmək imkanı və yalnız telefon akkumulyatorunun topladığı enerji ilə məhdudlaşdırılan uçuş vaxtı əldə edir, fiziki xətt isə kvadrokopteri itirmək imkanını minimuma endirir.

Qeyd olunur ki, kameranı, həmçinin aparatdan ayrıca, məsələn, "Action" kamera kimi istifadə etmək mümkündür. Bundan başqa, belə konstruksiya əsas və ön kameranın quraşdırılmasını nəzərdə tutan ənənəvi sxemdən imtina etməyə imkan verir. Çünki istifadəçi lazım gəldikdə kameranı döndərə və ya linzanı dəyişdirə bilər.




Nizam Nuriyev 




Baxış sayı: 654

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024