Tarix:13/04/16
"ICTnews" Elektron Xəbər Xidməti "RİA Novosti" resursuna istinadən yazır ki, rusiyalı alimlər qrupu məhz bu vəzifələrin həllinə başlayaraq aviasiya qaz-turbin mühərriklərində istifadə üçün yeni nəsil pərlər ərsəyə gətiriblər. Belə ki, mütəxəssislər dünyada ilk dəfə nikel əsaslı analoqlarından iki dəfə yüngül titan alüminium ərintisindən innovativ pərlər tökməyə nail olublar.
Qeyd olunur ki, yeni texnologiyaya keçid mühərrikin kütləsini xeyli azaltmağa imkan verəcək ki, bunun da nəticəsində uzaq məsafələrə daha çox sərnişin və ya yük daşımaq mümkün olacaq. Bundan başqa, pərlərin yeni hazırlanma texnologiyası aviamühərriklərin kompressorunda və turbinlərində olan mərkəzdənqaçma gərginliyini xeyli azaldacaq, eləcə də turbin və kompressorların ətalətini azaldaraq yanacaq sərfiyyatını və atmosferə istixana qazlarının tullantılarının buraxılmasını minimuma endirməyə imkan verəcək.
Nizam Nuriyev
Alimlər aviamühərriklər üçün yeni nəsil pərlər hazırlayıblar
Təyyarənin yığıldığı materialların kütləsinin azaldılması və möhkəmliyinin artırılması bu gün dünya aviakonstruktorları və alim materialşünasları qarşısında duran vacib vəzifələrdir."ICTnews" Elektron Xəbər Xidməti "RİA Novosti" resursuna istinadən yazır ki, rusiyalı alimlər qrupu məhz bu vəzifələrin həllinə başlayaraq aviasiya qaz-turbin mühərriklərində istifadə üçün yeni nəsil pərlər ərsəyə gətiriblər. Belə ki, mütəxəssislər dünyada ilk dəfə nikel əsaslı analoqlarından iki dəfə yüngül titan alüminium ərintisindən innovativ pərlər tökməyə nail olublar.
Qeyd olunur ki, yeni texnologiyaya keçid mühərrikin kütləsini xeyli azaltmağa imkan verəcək ki, bunun da nəticəsində uzaq məsafələrə daha çox sərnişin və ya yük daşımaq mümkün olacaq. Bundan başqa, pərlərin yeni hazırlanma texnologiyası aviamühərriklərin kompressorunda və turbinlərində olan mərkəzdənqaçma gərginliyini xeyli azaldacaq, eləcə də turbin və kompressorların ətalətini azaldaraq yanacaq sərfiyyatını və atmosferə istixana qazlarının tullantılarının buraxılmasını minimuma endirməyə imkan verəcək.
Nizam Nuriyev
Baxış sayı: 644
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib