Tarix:15/04/16
"ICTnews" Elektron Xəbər Xidməti "N+1" resursuna istinadən yazır ki, tərtibatçıların sözlərinə görə, detektorun əyriliyini dəyişmək imkanı cihazın baxış bucağını asanlıqla dəyişməyə, eləcə də ənənəvi bərk matrisaların köməyi ilə nail olunması qeyri-mümkün effekti əldə etməyə imkan verir. Mütəxəssislər konsepsiyanı mayın 13-15-də keçiriləcək beynəlxalq kompüter fotoqrafiyası konfransında təqdim etməyi planlaşdırırlar.
Mühəndislərin təklif etdiyi matrisa prototipi iki hissədən - linza fokuslaşdırıcı massivindən və ekrandan ibarətdir. Matrisa əyilən zaman işığın toplandığı məkanın payı artır. Mütəxəssislərin sözlərinə görə, texnologiyanın hazırlanmasında əsas rolu məhz elastik linzalardan istifadə oynayıb. Sərt linzalar əyilmə zamanı matrisanın ayrı-ayrı seqmentinin baxış bucağını dəyişmir və nəticədə məkan hissəsi barədə informasiya matrisaya daxil olmur ki, bu da onun bərpasını qeyri-mümkün edir. Elastik linzaların əyilmə zamanı uzanması sayəsində baxış bucağı genişlənir.
Prototip 33x33 ölçüdə kvadrat yaradan 1089 linzadan ibarətdir. Onların yaradılması üçün mütəxəssislər elastik kütləni formalaşdıran plastikin polimerləşdirildiyi tökmə formadan istifadə ediblər. Fotoşəkillərə əsaslanaraq əmələ gələn kvadratın ölçüsü təqribən 40-50 sm təşkil edib.
Sınaqlar zamanı linzalar massivi adi rəqəmli kameranın köməyi ilə çəkilən təsviri öz altında yerləşən donuq ekrana fokuslayıb.
Mühəndislərin sözlərinə görə, gələcəkdə texnologiya bank kartı ölçüsündə kameralar yaratmağa imkan verəcək. Fotoqraf kameranın baxış bucağını sensoru əyməklə dəyişə biləcək. Bundan başqa, belə kameranı müəyyən obyektin, məsələn, fənər dirəyinə və ya maşın ətrafına bükərək əvvəllər əldə olunmayan baxış bucağı ilə şəkillər çəkmək mümkün olacaq.
Nizam Nuriyev
Fotoaparat üçün elastik matrisa prototipi yaradılıb
ABŞ-ın Kolumbiya Universitetinin alimləri fotokameralar üçün elastik matrisanın konsepsiyasını və ptototipini təklif ediblər."ICTnews" Elektron Xəbər Xidməti "N+1" resursuna istinadən yazır ki, tərtibatçıların sözlərinə görə, detektorun əyriliyini dəyişmək imkanı cihazın baxış bucağını asanlıqla dəyişməyə, eləcə də ənənəvi bərk matrisaların köməyi ilə nail olunması qeyri-mümkün effekti əldə etməyə imkan verir. Mütəxəssislər konsepsiyanı mayın 13-15-də keçiriləcək beynəlxalq kompüter fotoqrafiyası konfransında təqdim etməyi planlaşdırırlar.
Mühəndislərin təklif etdiyi matrisa prototipi iki hissədən - linza fokuslaşdırıcı massivindən və ekrandan ibarətdir. Matrisa əyilən zaman işığın toplandığı məkanın payı artır. Mütəxəssislərin sözlərinə görə, texnologiyanın hazırlanmasında əsas rolu məhz elastik linzalardan istifadə oynayıb. Sərt linzalar əyilmə zamanı matrisanın ayrı-ayrı seqmentinin baxış bucağını dəyişmir və nəticədə məkan hissəsi barədə informasiya matrisaya daxil olmur ki, bu da onun bərpasını qeyri-mümkün edir. Elastik linzaların əyilmə zamanı uzanması sayəsində baxış bucağı genişlənir.
Prototip 33x33 ölçüdə kvadrat yaradan 1089 linzadan ibarətdir. Onların yaradılması üçün mütəxəssislər elastik kütləni formalaşdıran plastikin polimerləşdirildiyi tökmə formadan istifadə ediblər. Fotoşəkillərə əsaslanaraq əmələ gələn kvadratın ölçüsü təqribən 40-50 sm təşkil edib.
Sınaqlar zamanı linzalar massivi adi rəqəmli kameranın köməyi ilə çəkilən təsviri öz altında yerləşən donuq ekrana fokuslayıb.
Mühəndislərin sözlərinə görə, gələcəkdə texnologiya bank kartı ölçüsündə kameralar yaratmağa imkan verəcək. Fotoqraf kameranın baxış bucağını sensoru əyməklə dəyişə biləcək. Bundan başqa, belə kameranı müəyyən obyektin, məsələn, fənər dirəyinə və ya maşın ətrafına bükərək əvvəllər əldə olunmayan baxış bucağı ilə şəkillər çəkmək mümkün olacaq.
Nizam Nuriyev
Baxış sayı: 844
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib