Tarix:23/04/16
“ICTnews” Elektron Xəbər Xidməti “N+1” öz-özünə yapışan cihaz ultrasəsli sensordur. Cihaz təyyarənin üst hissəsinin daxili tərəfindən yapışdırıla bilər. Onun üzərində buz əmələ gələn zaman ultrasəs əks-təsir verir və bundan sonra kontroller buz bağlamanın başlaması barədə xəbərdarlıq edir. Cihazların ölçüsünün kiçik və yüngül olması sayəsində onların çoxunu üz səthinə yapışdırmaq mümkündür. Bunun hesabına, həmçinin buzun əmələgəlmə yeri barədə dəqiq məlumat verən sistem yaratmaq olar.
Cihazın sınaqları ABŞ Kosmik Agentliyinin (NASA) reaktiv hərəkət laboratoriyasında keçirilib. Sınaq təyyarəsində mühərrikin soyuq hissəsinin daxilində 12 cihaz bərkidilib. Uçuşlar 9,1 metr hündürlükdə yüksək buzlanma riskinin olduğu zonalarda aparılıb. Sınaqlar barədə ətraflı məlumat verilməsə də, onların yalnız uğurlu olduğu bildirilir. Kanada Elmi Şurasının məlumatına görə, yeni cihazların seriyalı istehsalına yaxın vaxtlarda başlanıla bilər.
Şəffaf qapaqlı kiçik metal korpusunda yerləşən ikinci cihaz təyyarənin istənilən texniki bölməsində quraşdırıla bilər. Cihaz hissəciklərin, buz kristallarının və havada su damcılarının elektrik enerjisinin ölçülməsi hesabına buz bağlama ehtimalını müəyyən edir. Bu göstəricinin dəyişməsi əsasında xüsusi alqoritm təyyarə planerinin səthində buzun yaranma ehtimalını qiymətləndirir.
İkinci cihaz buz kristallarının cəmləşməsinin yüksək olduğu zonaların müəyyənləşdirilməsi üçün faydalı ola bilər. Təyyarənin hava radarı üçün belə zonalar görünməz olsa da, onun üçün böyük təhlükə törədir. Cihazın sınaqları ABŞ-da da keçirilib. Onun aerodinamik boruda ümumilikdə 750 saat sınaqları və 140 saat uçuş yoxlamaları aparılıb. 12,2 min metr hündürlükdə aparılan uçuş sınaqları uğurlu olub.
Nizam Nuriyev
Kanadada öz-özünə yapışan buz bağlama sensoru hazırlanıb
Kanada mütəxəssisləri bütün mövcud təyyarə növlərində quraşdırıla bilən iki yeni buz bağlama cihazı hazırlayıblar. Bu cihazlardan biri təyyarənin istənilən yerində yapışdırıla bilinən yapışqan əsaslı nazik plastikadır. Cihaz kontrollerlə hər birinin diametri 1 millimetr təşkil edən iki naqilin köməyi ilə birləşir. Cihazın ölçüsü barədə məlumat verilmir.“ICTnews” Elektron Xəbər Xidməti “N+1” öz-özünə yapışan cihaz ultrasəsli sensordur. Cihaz təyyarənin üst hissəsinin daxili tərəfindən yapışdırıla bilər. Onun üzərində buz əmələ gələn zaman ultrasəs əks-təsir verir və bundan sonra kontroller buz bağlamanın başlaması barədə xəbərdarlıq edir. Cihazların ölçüsünün kiçik və yüngül olması sayəsində onların çoxunu üz səthinə yapışdırmaq mümkündür. Bunun hesabına, həmçinin buzun əmələgəlmə yeri barədə dəqiq məlumat verən sistem yaratmaq olar.
Cihazın sınaqları ABŞ Kosmik Agentliyinin (NASA) reaktiv hərəkət laboratoriyasında keçirilib. Sınaq təyyarəsində mühərrikin soyuq hissəsinin daxilində 12 cihaz bərkidilib. Uçuşlar 9,1 metr hündürlükdə yüksək buzlanma riskinin olduğu zonalarda aparılıb. Sınaqlar barədə ətraflı məlumat verilməsə də, onların yalnız uğurlu olduğu bildirilir. Kanada Elmi Şurasının məlumatına görə, yeni cihazların seriyalı istehsalına yaxın vaxtlarda başlanıla bilər.
Şəffaf qapaqlı kiçik metal korpusunda yerləşən ikinci cihaz təyyarənin istənilən texniki bölməsində quraşdırıla bilər. Cihaz hissəciklərin, buz kristallarının və havada su damcılarının elektrik enerjisinin ölçülməsi hesabına buz bağlama ehtimalını müəyyən edir. Bu göstəricinin dəyişməsi əsasında xüsusi alqoritm təyyarə planerinin səthində buzun yaranma ehtimalını qiymətləndirir.
İkinci cihaz buz kristallarının cəmləşməsinin yüksək olduğu zonaların müəyyənləşdirilməsi üçün faydalı ola bilər. Təyyarənin hava radarı üçün belə zonalar görünməz olsa da, onun üçün böyük təhlükə törədir. Cihazın sınaqları ABŞ-da da keçirilib. Onun aerodinamik boruda ümumilikdə 750 saat sınaqları və 140 saat uçuş yoxlamaları aparılıb. 12,2 min metr hündürlükdə aparılan uçuş sınaqları uğurlu olub.
Nizam Nuriyev
Baxış sayı: 649
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib