12px13px15px17px
Tarix:28/04/16

Dünyada DNT molekulu əsasında ən kiçik termometr yaradılıb

Monreal Universitetinin alimləri dezoksiribinuklein turşusu (DNT) əsasında dünyada ən kiçik termometr yaradıblar. Termometrin ölçüsü insan saçından 20 min dəfə nazikdir. Sözügedən qurğu canlı hüceyrələrin daxilində temperaturu ölçməyə imkan verir.

“ICTnews” Elektron Xəbər Xidməti “mail.ru” saytına istinadən yazır ki, kiçikölçülü molekulyar sensorlar ribonuklein turşusuna əsaslanır.

DNT molekulunda 4 növ azotlu əsas mövcuddur: adenin, timin, quanin və sitozin. Alimlər komandası bu əsasları müəyyən üsulla yerləşdirməklə müəyyən temperaturda zəncirin yığılıb açılmasına nail olublar.
Nanotermometr sayəsində alimlər insan bədəninin daxilində nə baş verdiyini daha dəqiq öyrənəcəklər.
DNT molekulu əsasında yaradılmış termometrin ölçüsü 5 nanometr, temperaturun müəyyənləşdirilməsi dəqiqliyi 0.05 Selsi dərəcə, ölçmə diapazonu 25-90 Selsi dərəcəyə bərabərdir.

Məlumdur ki, insan orqanizmi normal vəziyyətdə 36.6 Selsi dərəcə səviyyəsində temperaturu dəstəkləyir, amma mütəxəssislər hər bir hüceyrənin daxilində nə baş verdiyini dəqiq bilmirlər. Yeni termometr məhz hüceyrələrin daxilində temperatur dəyişikliyini yüksək dəqiqliklə izləməyə imkan verəcək.

Emil Hüseynov




Baxış sayı: 935

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024