12px13px15px17px
Tarix:29/04/16

Yeni çip məlumatları eyni anda qəbul edə və ötürə bilir

Mühəndislər tərəfindən yaradılmış çip  antenanın köməyi ilə eyni tezlikdə məlumatları ötürə və qəbul edə bilər.

Kolumbiya Universitetində işləyən alimlərin yeni həlli ənənəvi texnologiyalarla müqayisədə radio kanalın buraxılış qabiliyyətini iki dəfə yüksəldir.

“ICTnews” Elektron Xəbər Xidməti “ilenta.com” saytına istinadən yazır ki, müasir qurğular qəbul və siqnalların ötürülməsi üçün ayrı-ayrı antenalardan istifadə edir və ya bir antenadan növbəli şəkildə istifadə edirlər. Sonuncu halda ötürmə vaxtının bölünməsi haqda "razılaşmaq" və ya müxtəlif tezliklərdən istifadə etmək lazım gəlir.

Ənənəvi texnologiyalarla müqayisədə yeni çip əlavə tezlikdən istifadə etmir, məlumatları eyni anda həm qəbul edə, həm də ötürə bilir. Sözügedən texnologiyanın müəllifi olan Xariş Krişnasvami izah edir ki, bu, bir-biri ilə eyni zamanda danışan və bir-birini başa düşən iki insanın dialoqunu xatırladır.

Emil Hüseynov




Baxış sayı: 794

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024