Tarix:12/05/16
"ICTnews" Elektron Xəbər Xidməti "Naked Science " resursuna istinadən yazır ki, "PaperID" texnologiyasının əsasını kağıza quraşdırılan və həmin yerdə olan qurğuları oxuyan standart batareyasız "RFID" nişanlarından (obyektlərin avtomatik identifikasiya üsulu) istifadə təşkil edir. Bu və ya digər jesti yerinə yetirən oxucunun əli nişanların siqnallarını avadanlıq tərəfindən ayrıca komanda kimi təsnif edilən müəyyən alqoritm üzrə ötürülməsini dayandırır. Bu halda unikal identifikatora malik nişanlar potensial baxımdan mürəkkəb keçiricisi ilə əvəz oluna bilər.
Metodika həm tək "RFID" nişanları, həm də onlarla kompleks şəkildə işləyir. İlk halda ayrıca nişan yanıb-sönmə funksiyasını yerinə yetirdiyi halda ətrafda və ya bir-birinin ardınca yerləşdirilən nişanlar qrupu sürüngəclilərin alternatividir. Bundan başqa, onlar hərəkətin sürətini izləyə bilirlər ki, bu da, məsələn, musiqinin tempini əllərin köməyi ilə tənzimləyən zaman faydalı ola bilər.
"PaperID" texnologiyasının özəlliyi ondan ibarətdir ki, o "RFID" texnologiyasını cəlb etməklə onun tətbiqi sahələrini genişləndirir və alimlər qarşısında aparatura istehsal etmədən interaktiv sistemlər prototipini yaratmaq üçün yeni resurs açır", - professor Şvetak Patel bildirib.
"Disney Research" şirkətinin elmi əməkdaşı Alanson Sempl professorun fikirləri ilə razılaşaraq qeyd edib ki, kağız əl altında olan vasitələrdən ucuz interfeyslər üçün əlverişli, plastik və ekoloji təmiz əsaslı illüstrasiyadır: "Son nəticədə bu prinsiplər texnologiyadan istifadə ssenarisinin genişləndirilməsini və onun kağızdan fərqlənən materiallara yayılmasını nəzərdə tutur", - o vurğulayıb.
Mütəxəssislər texnologiyanı mayın 12-də San-Hosedə keçiriləcək Kompüter Texnikası Assosiasiyasının (CHI) konfransında təqdim etməyi planlaşdırırlar.
Nizam Nuriyev
Kağızı interfeysə çevirən texnologiya kəşf edilib
ABŞ-ın Vaşinqton Universitetinin tədqiqatçıları kağızı interfeysə çevirən "PaperID" texnologiyasını hazırlayıblar. Yeni texnologiya xüsusilə kitabların əl hərəkətləri vasitəsilə musiqi ilə müşayiətin idarə olunmasına imkan verir."ICTnews" Elektron Xəbər Xidməti "Naked Science " resursuna istinadən yazır ki, "PaperID" texnologiyasının əsasını kağıza quraşdırılan və həmin yerdə olan qurğuları oxuyan standart batareyasız "RFID" nişanlarından (obyektlərin avtomatik identifikasiya üsulu) istifadə təşkil edir. Bu və ya digər jesti yerinə yetirən oxucunun əli nişanların siqnallarını avadanlıq tərəfindən ayrıca komanda kimi təsnif edilən müəyyən alqoritm üzrə ötürülməsini dayandırır. Bu halda unikal identifikatora malik nişanlar potensial baxımdan mürəkkəb keçiricisi ilə əvəz oluna bilər.
Metodika həm tək "RFID" nişanları, həm də onlarla kompleks şəkildə işləyir. İlk halda ayrıca nişan yanıb-sönmə funksiyasını yerinə yetirdiyi halda ətrafda və ya bir-birinin ardınca yerləşdirilən nişanlar qrupu sürüngəclilərin alternatividir. Bundan başqa, onlar hərəkətin sürətini izləyə bilirlər ki, bu da, məsələn, musiqinin tempini əllərin köməyi ilə tənzimləyən zaman faydalı ola bilər.
"PaperID" texnologiyasının özəlliyi ondan ibarətdir ki, o "RFID" texnologiyasını cəlb etməklə onun tətbiqi sahələrini genişləndirir və alimlər qarşısında aparatura istehsal etmədən interaktiv sistemlər prototipini yaratmaq üçün yeni resurs açır", - professor Şvetak Patel bildirib.
"Disney Research" şirkətinin elmi əməkdaşı Alanson Sempl professorun fikirləri ilə razılaşaraq qeyd edib ki, kağız əl altında olan vasitələrdən ucuz interfeyslər üçün əlverişli, plastik və ekoloji təmiz əsaslı illüstrasiyadır: "Son nəticədə bu prinsiplər texnologiyadan istifadə ssenarisinin genişləndirilməsini və onun kağızdan fərqlənən materiallara yayılmasını nəzərdə tutur", - o vurğulayıb.
Mütəxəssislər texnologiyanı mayın 12-də San-Hosedə keçiriləcək Kompüter Texnikası Assosiasiyasının (CHI) konfransında təqdim etməyi planlaşdırırlar.
Nizam Nuriyev
Baxış sayı: 726
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib