Tarix:20/05/16
“ICTnews” Elektron Xəbər Xidməti “ain.ua” saytına istinadən xəbər verir ki, adi günəş paneli günəş enerjisinin təxminən 14-20%-ni elektrik enerjisinə çevirmək qabiliyyətinə malikdir. ABŞ şirkəti tərəfindən buraxılmış 800 kv.sm sahəyə malik nəhəng batareyada müvafiq göstərici 24%-ə bərabər olub. Yeni günəş paneli modeli isə günəş enerjisinin 34.5%-ni elektrik enerjisinə çevirə bilir. Bu halda onun sahəsi 28 kv.sm təşkil edir.
Yeni fotoelektrik elementlər təkcə yüksək məhsuldarlığı ilə deyil, həm də kiçik ölçüsü ilə seçilir. Sonuncu günəş enerjisinin xərclərini azaltmağa imkan verən əsas amildir. "Bu ümidverici nəticə onu göstərir ki, günəş batareyalarının effektivliyinin yüksəldilməsi üçün fotoelektrik enerjisinin tədqiqatı ilə bağlı əsas nailiyyətlər hələ irəlidədir" – Yeni Cənubi Uels Universitetində işləyən və ixtiraçılar komandasının üzvü olan Mark Kivers deyib.
"Günəş şüasından maksimum enerjinin əldə edilməsi onun dəyərinin azaldılması üçün çox vacibdir, çünki bu, zəruri investisiyaların həcmini və çatdırılma xərclərini azaldacaq" – mühəndis deyib.
Yeni Cənubi Uels Universitetinin komandası artıq 2014-cü ildə günəş enerjisinin elektrik enerjisinə çevrilməsi üzrə rekorda imza atmışdı. Alimlər həmin vaxt günəş şüalarının konsentrasiyası üçün güzgülərdən istifadə etməklə 40% effektivliyə nail olmuşdular. Ancaq alimlərin yeni rekordu daha heyrətləndiricidir, çünki hər hansı konsentrasiya ilə bağlılığı yoxdur.
"Almaniyanın “Agora Energiewende” elm mərkəzinin son tədqiqatlarına əsasən, yalnız 2050-ci ilə batareyaların 35% effektivliyinə nail olmaq planlaşdırılırdı. Bu, konsentrasiyadan istifadə etməyən günəş işığından yararlanan evlərin damlarına qurulmuş adi panellərə aiddir. Amma günəş batareyalarının effektivliyi üzrə irəliləyiş daha sürətli baş verir" – ixtiraçı Martin Qrin deyib.
ABŞ-da Bərpa olunan enerji mənbələri üzrə Milli Laboratoriya 34.5% effektivliyə malik yeni rekordu təsdiqləyib və indi alimlər onların nailiyyətinə resenziya yazılmasını gözləyirlər.
Emil Hüseynov
Dünyada ən effektiv günəş paneli yaradılıb
Avstraliyalı mühəndislər tərəfindən yaradılmış günəş paneli faydalı iş əmsalı göstəricisinə görə dünyanın ən yaxşı analoqlarını 1.5 dəfə ötür. Yüksək effektivliyə malik yeni günəş panelinin ölçüsü kiçikdir və bu amil onun ucuz istehsalını təmin edir. Mühəndislər yaxın onilliklərdə bu nəticəyə nail olmağı gözləmirdilər.“ICTnews” Elektron Xəbər Xidməti “ain.ua” saytına istinadən xəbər verir ki, adi günəş paneli günəş enerjisinin təxminən 14-20%-ni elektrik enerjisinə çevirmək qabiliyyətinə malikdir. ABŞ şirkəti tərəfindən buraxılmış 800 kv.sm sahəyə malik nəhəng batareyada müvafiq göstərici 24%-ə bərabər olub. Yeni günəş paneli modeli isə günəş enerjisinin 34.5%-ni elektrik enerjisinə çevirə bilir. Bu halda onun sahəsi 28 kv.sm təşkil edir.
Yeni fotoelektrik elementlər təkcə yüksək məhsuldarlığı ilə deyil, həm də kiçik ölçüsü ilə seçilir. Sonuncu günəş enerjisinin xərclərini azaltmağa imkan verən əsas amildir. "Bu ümidverici nəticə onu göstərir ki, günəş batareyalarının effektivliyinin yüksəldilməsi üçün fotoelektrik enerjisinin tədqiqatı ilə bağlı əsas nailiyyətlər hələ irəlidədir" – Yeni Cənubi Uels Universitetində işləyən və ixtiraçılar komandasının üzvü olan Mark Kivers deyib.
"Günəş şüasından maksimum enerjinin əldə edilməsi onun dəyərinin azaldılması üçün çox vacibdir, çünki bu, zəruri investisiyaların həcmini və çatdırılma xərclərini azaldacaq" – mühəndis deyib.
Yeni Cənubi Uels Universitetinin komandası artıq 2014-cü ildə günəş enerjisinin elektrik enerjisinə çevrilməsi üzrə rekorda imza atmışdı. Alimlər həmin vaxt günəş şüalarının konsentrasiyası üçün güzgülərdən istifadə etməklə 40% effektivliyə nail olmuşdular. Ancaq alimlərin yeni rekordu daha heyrətləndiricidir, çünki hər hansı konsentrasiya ilə bağlılığı yoxdur.
"Almaniyanın “Agora Energiewende” elm mərkəzinin son tədqiqatlarına əsasən, yalnız 2050-ci ilə batareyaların 35% effektivliyinə nail olmaq planlaşdırılırdı. Bu, konsentrasiyadan istifadə etməyən günəş işığından yararlanan evlərin damlarına qurulmuş adi panellərə aiddir. Amma günəş batareyalarının effektivliyi üzrə irəliləyiş daha sürətli baş verir" – ixtiraçı Martin Qrin deyib.
ABŞ-da Bərpa olunan enerji mənbələri üzrə Milli Laboratoriya 34.5% effektivliyə malik yeni rekordu təsdiqləyib və indi alimlər onların nailiyyətinə resenziya yazılmasını gözləyirlər.
Emil Hüseynov
Baxış sayı: 824
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib