Tarix:21/05/16
“ICTnews” Elektron Xəbər Xidməti “hitech.newsru.com” saytına istinadən yazır ki, Pensilvaniya Universitetinin alimləri plastik kütlə əsasında özü bərpa olunan dielektrik material yaratmağa nail olublar. Tədqiqatın nəticəsi “Advanced Functional Materials” jurnalında dərc edilib.
“Gizmag” nəşri yazır ki, qeyri-adi material qrafeni xatırladan, amma elektrik keçirməyən nitrid borun nanoborularından ibarət örtüyə malik polimer nanokompozit material əsasında yaradılıb. Bu örtük materialı daha da möhkəm edərək onun istilik keçirmə xassəsini yaxşılaşdırıb.
Alimlər özü bərpa olunan material yaratmaqdan ötrü hidrogen əlaqələrin köməyi ilə nitrid borun nanoborularını birləşdiriblər Nəticədə material elektrostatik cazibə qüvvəsinin sayəsində özünü tamamilə bərpa edə bilir.
Materialın bərpa etmə qabiliyyəti son dərəcə heyrətləndiricidir. Belə ki, tədqiqat zamanı alim nümunə materialı qayçı ilə kəsir, sonra onu birləşdirərək 80 selsi dərəcəyədək qızdırır. 30 dəqiqə sonra material öz xüsusiyyətlərini tamamilə bərpa edir və möhkəmliklə bağlı sınaqdan uğurla keçir.
Emil Hüseynov
ABŞ alimləri özü bərpa olunan izolyasiyalı material yaradıblar
Elastik elektronika istehsalçılarının üzləşdiyi problemlərdən biri çoxlu sayda bükülmək qabiliyyətinə malik möhkəm və etibarlı izolyasiyalı materialların yaradılması ilə bağlıdır.“ICTnews” Elektron Xəbər Xidməti “hitech.newsru.com” saytına istinadən yazır ki, Pensilvaniya Universitetinin alimləri plastik kütlə əsasında özü bərpa olunan dielektrik material yaratmağa nail olublar. Tədqiqatın nəticəsi “Advanced Functional Materials” jurnalında dərc edilib.
“Gizmag” nəşri yazır ki, qeyri-adi material qrafeni xatırladan, amma elektrik keçirməyən nitrid borun nanoborularından ibarət örtüyə malik polimer nanokompozit material əsasında yaradılıb. Bu örtük materialı daha da möhkəm edərək onun istilik keçirmə xassəsini yaxşılaşdırıb.
Alimlər özü bərpa olunan material yaratmaqdan ötrü hidrogen əlaqələrin köməyi ilə nitrid borun nanoborularını birləşdiriblər Nəticədə material elektrostatik cazibə qüvvəsinin sayəsində özünü tamamilə bərpa edə bilir.
Materialın bərpa etmə qabiliyyəti son dərəcə heyrətləndiricidir. Belə ki, tədqiqat zamanı alim nümunə materialı qayçı ilə kəsir, sonra onu birləşdirərək 80 selsi dərəcəyədək qızdırır. 30 dəqiqə sonra material öz xüsusiyyətlərini tamamilə bərpa edir və möhkəmliklə bağlı sınaqdan uğurla keçir.
Emil Hüseynov
Baxış sayı: 1053
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib