Tarix:04/06/16
“ICTnews” Elektron Xəbər Xidməti “NEWSru” resursuna istinadən yazır ki, möhkəm metal korpusdan ibarət aparat “HD” təsvir ölçülü 4,8 düymlük “Super AMOLED” ekran və “Gorilla Glass 4” qoruyucu şüşəsi ilə təchiz edilib. Səkkiznüvəli “MediaTek Helio X10” prosessorunun idarəetməsi ilə işləyən smartfonun operativ yaddaş tutumu 3 QB, quraşdırılmış yaddaşı 128 QB təşkil edir.
Fazalı avtomatik fokuslama və işıqlandırıcı ilə təchiz edilən "Lumigon T3” modelinin əsas kamerasının təsvir ölçüsü 13 meqapikselə bərabərdir. Ön kamera da 5 meqapikselli işıqlandırıcıya malikdir. 4 meqapikselli iki infraqırmızı işıqlandırma ilə təchiz edilən gecəgörmə kamerası modulu qurğunun arxa tərəfində yerləşir.
Smartfonun arxa tərəfində, həmçinin kiçik sensor panel yerləşir. İstifadəçi onun köməyi ilə fotoşəkillərə baxa, kitab səhifələrini vərəqləyə, saytlara daxil ola bilər. Həmçinin aparatda altimetr, termometr, kompas və barmaq izi ötürücüsü quraşdırılıb. İki SİM kartı dəstəkləyən qurğu toza və suya davamlıdır.
Bildirilir ki, “Lumigon T3” smartfonu "Android 6.0 Marshmallow” əməliyyat sisteminin idarəetməsi ilə işləyir və simsiz enerji toplama texnologiyasını dəstəkləyir (akkumulyatorun tutumu barədə məlumat verilmir). Smartfonun qabariti 137*69*7.9 mm, çəkisi 145 qram təşkil edir.
Smartfonun qara rəngini artıq ABŞ-da 925 dollara almaq mümkündür. İyunun sonunadək şirkət qurğunun ağ və narıncı versiyasını təqdim etməyi planlaşdırır.
Nizam Nuriyev
Gecəgörmə kamerası ilə təchiz edilən ilk smartfon təqdim olunub
Danimarkanın “Lumigon” şirkəti qeyri-adi “Lumigon T3” smartfon modelini təqdim edib. Qurğunu fərqləndirən əsas xüsusiyyət onun gecəgörmə kamerası ilə təchiz edilməsindədir. İstehsalçı yeni modeli bazarda ilk belə smartfon kimi qələmə verir.“ICTnews” Elektron Xəbər Xidməti “NEWSru” resursuna istinadən yazır ki, möhkəm metal korpusdan ibarət aparat “HD” təsvir ölçülü 4,8 düymlük “Super AMOLED” ekran və “Gorilla Glass 4” qoruyucu şüşəsi ilə təchiz edilib. Səkkiznüvəli “MediaTek Helio X10” prosessorunun idarəetməsi ilə işləyən smartfonun operativ yaddaş tutumu 3 QB, quraşdırılmış yaddaşı 128 QB təşkil edir.
Fazalı avtomatik fokuslama və işıqlandırıcı ilə təchiz edilən "Lumigon T3” modelinin əsas kamerasının təsvir ölçüsü 13 meqapikselə bərabərdir. Ön kamera da 5 meqapikselli işıqlandırıcıya malikdir. 4 meqapikselli iki infraqırmızı işıqlandırma ilə təchiz edilən gecəgörmə kamerası modulu qurğunun arxa tərəfində yerləşir.
Smartfonun arxa tərəfində, həmçinin kiçik sensor panel yerləşir. İstifadəçi onun köməyi ilə fotoşəkillərə baxa, kitab səhifələrini vərəqləyə, saytlara daxil ola bilər. Həmçinin aparatda altimetr, termometr, kompas və barmaq izi ötürücüsü quraşdırılıb. İki SİM kartı dəstəkləyən qurğu toza və suya davamlıdır.
Bildirilir ki, “Lumigon T3” smartfonu "Android 6.0 Marshmallow” əməliyyat sisteminin idarəetməsi ilə işləyir və simsiz enerji toplama texnologiyasını dəstəkləyir (akkumulyatorun tutumu barədə məlumat verilmir). Smartfonun qabariti 137*69*7.9 mm, çəkisi 145 qram təşkil edir.
Smartfonun qara rəngini artıq ABŞ-da 925 dollara almaq mümkündür. İyunun sonunadək şirkət qurğunun ağ və narıncı versiyasını təqdim etməyi planlaşdırır.
Nizam Nuriyev
Baxış sayı: 1164
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib