Tarix:06/06/16
"ICTnews" Elektron Xəbər Xidməti "N+1 www.nplus1.ru" resursuna istinadən yazır ki, dalğıc baş geyimi şlemin daxilində quraşdırılan və təsviri istifadəçiyə göstərən "DAVD" (Divers Augmented Vision Display) displeyi ilə təchiz edilib. İstifadəçi arzusuna uyğun virtual reallıq ekranını yandıra və ya söndürə bilər.
Layihə müəllifi qeyd edib ki, displey şlemin üst tərəfində deyil, daxilində quraşdırıldığına görə ondan "Dəmir adam" filmindəki kimi istifadə etmək mümkündür. Siz həmişə lazım olan məlumatı şlemin içində görə bilərsiniz.
Bildirilir ki, əlavə reallıq displeyinin quraşdırılması hidrolokator qurğusundan (sonar) məlumatları, mətnli yazışmaları, təsviri və hazırkı tapşırığı yerinə yetirmək üçün lazım ola biləcək digər informasiyanı real vaxt rejimində daxil etməyə imkan verir. Beləliklə, dalğıc hazırda ehtiyac duyduğu aktual məlumatları suyun altına enməzdən əvvəl nəyisə unutmaqdan ehtiyat etmədən ala biləcək.
Sistem xüsusilə batmış gəmilərin və ya oxşar obyektlərin axtarışı zamanı aktual ola bilər. Əlavə informasiya qapalı yerlərdə və mürəkkəb mühitdə yolu daha dəqiq müəyyənləşdirməyə kömək edəcək. Mütəxəssislər qeyd edirlər ki, oxşar kaskalardan həm hərbi, həm də mülki məqsədlər üçün istifadə etmək olar.
Hazırkı mərhələdə alimlər iyirmi sualtı işlər mütəxəssisi ilə məsləhətləşərək layihə üzərində işi davam etdirirlər.
Nizam Nuriyev
Əlavə reallıq şlemi suyun altında istiqaməti müəyyənləşdirməyə kömək edəcək
ABŞ Hərbi-Dəniz Qüvvələrinin mütəxəssisləri əlavə reallıq displeyi ilə təchiz edilən dalğıc kaskasının prototipini yaradıblar."ICTnews" Elektron Xəbər Xidməti "N+1 www.nplus1.ru" resursuna istinadən yazır ki, dalğıc baş geyimi şlemin daxilində quraşdırılan və təsviri istifadəçiyə göstərən "DAVD" (Divers Augmented Vision Display) displeyi ilə təchiz edilib. İstifadəçi arzusuna uyğun virtual reallıq ekranını yandıra və ya söndürə bilər.
Layihə müəllifi qeyd edib ki, displey şlemin üst tərəfində deyil, daxilində quraşdırıldığına görə ondan "Dəmir adam" filmindəki kimi istifadə etmək mümkündür. Siz həmişə lazım olan məlumatı şlemin içində görə bilərsiniz.
Bildirilir ki, əlavə reallıq displeyinin quraşdırılması hidrolokator qurğusundan (sonar) məlumatları, mətnli yazışmaları, təsviri və hazırkı tapşırığı yerinə yetirmək üçün lazım ola biləcək digər informasiyanı real vaxt rejimində daxil etməyə imkan verir. Beləliklə, dalğıc hazırda ehtiyac duyduğu aktual məlumatları suyun altına enməzdən əvvəl nəyisə unutmaqdan ehtiyat etmədən ala biləcək.
Sistem xüsusilə batmış gəmilərin və ya oxşar obyektlərin axtarışı zamanı aktual ola bilər. Əlavə informasiya qapalı yerlərdə və mürəkkəb mühitdə yolu daha dəqiq müəyyənləşdirməyə kömək edəcək. Mütəxəssislər qeyd edirlər ki, oxşar kaskalardan həm hərbi, həm də mülki məqsədlər üçün istifadə etmək olar.
Hazırkı mərhələdə alimlər iyirmi sualtı işlər mütəxəssisi ilə məsləhətləşərək layihə üzərində işi davam etdirirlər.
Nizam Nuriyev
Baxış sayı: 877
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib