12px13px15px17px
Tarix:20/06/16

Dünyada ilk 1000 nüvəli prosessor yaradılıb

Honoqulu şəhərində keçirilmiş “VLSI Technology and Circuits” simpoziumunda dünyanın ilk 1000 nüvəli prosessoru təqdim edilib. 2006-cı ildə Kaliforniya Universitetində çalışan mütəxəssislər və “IBM”-in mühəndislərinin iştirakı ilə sözügedən çip üzərində işlərə başlanılıb.

“ICTnews” Elektron Xəbər Xidməti “mail.ru” saytına istinadən xəbər verir ki, 1000 nüvəli çip 621 milyon ədəd tranzistordan ibarətdir, takt tezliyi 1.78 QHs-ə bərabərdir. Beləliklə, prosessor saniyədə 1.78 trilyon əməliyyat yerinə yetirmək qabiliyyətinə malikdir.

İstehsalçıların sözlərinə görə, “KiloCore” adlı prosessorun hər bir nüvəsi sərbəst işləyə bilir. Hesablamalarda iştirak etməyən nüvə elektrik enerjisinə qənaət naminə deaktiv olunur ki, bunun sayəsində yüksək enerji səmərəliliyi əldə edilir.

Prosessor saniyədə 115 milyard əməliyyat yerinə yetirmək üçün 0.7 vatt enerji tələb edir.

Bundan əvvəl tədqiqat işi aparmaq məqsədi ilə keçirilmiş belə layihələrdə hazırlanan prosessorlarda nüvələrin sayı 300-ü ötməmişdi. Amma “KiloCore” prosessoru istehlak bazarına buraxılacaq. Məsələn, sözügedən prosessor yüksək dəqiqlikli, həmçinin axınlı videoları göstərən mobil sistemlərin yaradılmasında tətbiq olunacaq.

Emil Hüseynov




Baxış sayı: 910

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Noyabr 2024

24 11 2024