Tarix:28/06/16
“ICTnews” Elektron Xəbər Xidməti “Naked Science” resursuna istinadən yazır ki, qurğu yaradıcılarının sözlərinə görə, ekstremal idman növü həvəskarları şlemlə birlikdə narahat qulaqcıqlardan istifadəni unuda bilərlər. Bunun əvəzinə “Domio” insana musiqini ötürmək üçün sümük keçiriciliyindən istifadə etməklə şlemlərin üst tərəfindən yararlanır. Bir müddət əvvəl oxşar qurğu “Zungle Panther” eynəyinin yaradıcıları tərəfindən icad edilib.
Bildirilir ki, “Domio” kaskaya səsi mikrovibrasiyalar vasitəsilə ötürür ki, bu da istehsalçı nümayəndələrinin sözlərinə görə, 360 dərəcəlik səs yaratmaqla ətraf mühitin səsini saxlayır.
Qurğu dəstinə xüsusi bərkidicilər daxildir. Onların köməyi ilə qurğunu istənilən şlemdə quraşdırmaq mümkündür. “Domio”nu bərkidicidən çıxarmaq üçün sadəcə qurğunun üst tərəfini döndərmək lazımdır. Bundan sonra qurğuda quraşdırılan 1600 milliamper/saat tutumlu akkumulyatoru rahat şəkildə doldurmaq olar.
“Bluetooth” vasitəsilə qoşulan smartfonda musiqini 7 saatadək səsləndirmək mümkündür. Çəkisi 85 qram təşkil edən “Domio” suya və tozadavamlıdır.
Hazırda şirkətin rəsmi saytında qurğu üçün əvvəlcədən sifarişlər qəbul olunur. Qiyməti 49 dollardan başlayan qurğunun tədarüklərinə bu ilin payızında başlamaq nəzərdə tutulur.
Nizam Nuriyev
“Domio” qurğusu təhlükəsizlik şlemlərini simsiz kolonkaya çevirir
Təhlükəsizlik şlemləri ilə idmanla məşğul olan zaman qulaqlardan istifadə məhdudlaşır və bu da öz növbəsində qulaqcıqla musiqini dinləyərkən müəyyən narahatlıq yaradır. Bu problemi həll etmək üçün təhlükəsizlik şlemlərinə bərkidilərək mikrovibrasiya texnologiyası vasitəsilə onları simsiz kolonkalara çevirən yeni “Domio” qurğusu hazırlanıb.“ICTnews” Elektron Xəbər Xidməti “Naked Science” resursuna istinadən yazır ki, qurğu yaradıcılarının sözlərinə görə, ekstremal idman növü həvəskarları şlemlə birlikdə narahat qulaqcıqlardan istifadəni unuda bilərlər. Bunun əvəzinə “Domio” insana musiqini ötürmək üçün sümük keçiriciliyindən istifadə etməklə şlemlərin üst tərəfindən yararlanır. Bir müddət əvvəl oxşar qurğu “Zungle Panther” eynəyinin yaradıcıları tərəfindən icad edilib.
Bildirilir ki, “Domio” kaskaya səsi mikrovibrasiyalar vasitəsilə ötürür ki, bu da istehsalçı nümayəndələrinin sözlərinə görə, 360 dərəcəlik səs yaratmaqla ətraf mühitin səsini saxlayır.
Qurğu dəstinə xüsusi bərkidicilər daxildir. Onların köməyi ilə qurğunu istənilən şlemdə quraşdırmaq mümkündür. “Domio”nu bərkidicidən çıxarmaq üçün sadəcə qurğunun üst tərəfini döndərmək lazımdır. Bundan sonra qurğuda quraşdırılan 1600 milliamper/saat tutumlu akkumulyatoru rahat şəkildə doldurmaq olar.
“Bluetooth” vasitəsilə qoşulan smartfonda musiqini 7 saatadək səsləndirmək mümkündür. Çəkisi 85 qram təşkil edən “Domio” suya və tozadavamlıdır.
Hazırda şirkətin rəsmi saytında qurğu üçün əvvəlcədən sifarişlər qəbul olunur. Qiyməti 49 dollardan başlayan qurğunun tədarüklərinə bu ilin payızında başlamaq nəzərdə tutulur.
Nizam Nuriyev
Baxış sayı: 859
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib