Tarix:01/07/16
“ICTnews” Elektron Xəbər Xidməti “DNI24” resursuna istinadən yazır ki, tutumu 256 qiqabayta bərabər olan yaddaş kartında informasiyanın ötürülmə sürəti saniyədə 100 meqabitə çatır. Məhz bu xüsusiyyət ABŞ şirkətinin yeni modifikasiyasını dünyanın ən sürətli fləş-kartı edir.
İstehsalçı nümayəndələrinin sözlərinə görə, yeni kart yüksək təsvir ölçüsündə video yazan müasir qurğular, o cümlədən pilotsuz uçan aparatlar, "GoPro” tipli kameralar üçün nəzərdə tutulub. İnformasiyanın sürətli ötürülməsi sayəsində “SanDisk” yaddaş kartı videonu “4K” (Ultra HD) formatında 14 saat ərzində fasiləsiz yazmağa imkan verir.
İlkin məlumata görə, bu ilin sonunda satışa çıxarılacağı gözlənilən kartın qiyməti təxminən 200 dollar təşkil edəcək.
Qeyd edək ki, əvvəllər dünyada ən sürətli yaddaş kartı bu ilin mayında təqdim olunan "Samsung EVO Plus” hesab edilib. Cənubi Koreya şirkətinin qurğusu məlumatı saniyədə 95 meqabit sürətində yaza və ötürə bilir.
Nizam Nuriyev
Dünyanın ən sürətli “microSD” kartı təqdim olunub
“Western Digital” şirkəti “microSD” tipli “SanDisk Extreme microSDXC UHS-I” yaddaş kartını təqdim edib. İstehsalçı kartı dünyanın ən sürətli müasir toplayıcısı adlandırır.“ICTnews” Elektron Xəbər Xidməti “DNI24” resursuna istinadən yazır ki, tutumu 256 qiqabayta bərabər olan yaddaş kartında informasiyanın ötürülmə sürəti saniyədə 100 meqabitə çatır. Məhz bu xüsusiyyət ABŞ şirkətinin yeni modifikasiyasını dünyanın ən sürətli fləş-kartı edir.
İstehsalçı nümayəndələrinin sözlərinə görə, yeni kart yüksək təsvir ölçüsündə video yazan müasir qurğular, o cümlədən pilotsuz uçan aparatlar, "GoPro” tipli kameralar üçün nəzərdə tutulub. İnformasiyanın sürətli ötürülməsi sayəsində “SanDisk” yaddaş kartı videonu “4K” (Ultra HD) formatında 14 saat ərzində fasiləsiz yazmağa imkan verir.
İlkin məlumata görə, bu ilin sonunda satışa çıxarılacağı gözlənilən kartın qiyməti təxminən 200 dollar təşkil edəcək.
Qeyd edək ki, əvvəllər dünyada ən sürətli yaddaş kartı bu ilin mayında təqdim olunan "Samsung EVO Plus” hesab edilib. Cənubi Koreya şirkətinin qurğusu məlumatı saniyədə 95 meqabit sürətində yaza və ötürə bilir.
Nizam Nuriyev
Baxış sayı: 949
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib