Tarix:11/07/16
“ICTnews” Elektron Xəbər Xidməti “Naked Science” resursuna istinadən yazır ki, günəş panelləri fotoelementlərinə tozun düşməsi elektrik enerjisinin bu üsulla istehsal edilərək istifadəsinin ciddi problemlərindən biridir. Səhralar kimi yerlərdə günəş panellərinə yatan qalın toz qatı onların effektivliyinin azalmasına səbəb olur. Buna görə alimlər panellər üçün tozu müstəqil təmizləyə bilən yeni material hazırlamağa başlayaraq günəş şüalarının təsiri ilə dəyişən xüsusi polimer plyonka yaratmağa nail olublar. Bu, günəş panellərinə yatan tozu avtomatik təmizləməyə imkan verəcək.
Bildirilir ki, polimer plyonka Eyndhoven Texnoloji Universiteti və Berlin Humboldt Universitetinin tədqiqatçıları tərəfindən ərsəyə gətirilib. Materialın tərkibində lazımi effekt yaradan xüsusi işığa həssas molekullar var.
Eyndhoven Texnoloji Universitetinin tədqiqat qrupunun rəhbərinin sözlərinə görə, işığa həssas molekullar görünən spektrin şüalanmasının təsiri ilə əyilir və uzanır. “Molekulların daxildə kristal polimer toru ilə bağlı olması səbəbindən bu, səthin cüzi dəyişməsinə gətirib çıxararaq plyonkanın üstündə arzuolunmaz tozu təmizləməyə imkan verir”, - qrup rəhbəri vurğulayıb.
Qeyd etmək lazımdır ki, bu yaxınlarda hazırlanan intensiv ultrabənövşəyi şüaların təsiri ilə formasını dəyişən və özünübərpa edən materialdan fərqli olaraq yeni plyonkaya iş üçün adi günəş işığı kifayət edir.
Nizam Nuriyev
Yeni material günəş panellərinin effektivliyini artıracaq
Alimlər günəş panellərini tozdan qoruyaraq səhralarda günəş enerjisinin istehsalının effektivliyini artıracaq nazik polimer plyonka yaradıblar.“ICTnews” Elektron Xəbər Xidməti “Naked Science” resursuna istinadən yazır ki, günəş panelləri fotoelementlərinə tozun düşməsi elektrik enerjisinin bu üsulla istehsal edilərək istifadəsinin ciddi problemlərindən biridir. Səhralar kimi yerlərdə günəş panellərinə yatan qalın toz qatı onların effektivliyinin azalmasına səbəb olur. Buna görə alimlər panellər üçün tozu müstəqil təmizləyə bilən yeni material hazırlamağa başlayaraq günəş şüalarının təsiri ilə dəyişən xüsusi polimer plyonka yaratmağa nail olublar. Bu, günəş panellərinə yatan tozu avtomatik təmizləməyə imkan verəcək.
Bildirilir ki, polimer plyonka Eyndhoven Texnoloji Universiteti və Berlin Humboldt Universitetinin tədqiqatçıları tərəfindən ərsəyə gətirilib. Materialın tərkibində lazımi effekt yaradan xüsusi işığa həssas molekullar var.
Eyndhoven Texnoloji Universitetinin tədqiqat qrupunun rəhbərinin sözlərinə görə, işığa həssas molekullar görünən spektrin şüalanmasının təsiri ilə əyilir və uzanır. “Molekulların daxildə kristal polimer toru ilə bağlı olması səbəbindən bu, səthin cüzi dəyişməsinə gətirib çıxararaq plyonkanın üstündə arzuolunmaz tozu təmizləməyə imkan verir”, - qrup rəhbəri vurğulayıb.
Qeyd etmək lazımdır ki, bu yaxınlarda hazırlanan intensiv ultrabənövşəyi şüaların təsiri ilə formasını dəyişən və özünübərpa edən materialdan fərqli olaraq yeni plyonkaya iş üçün adi günəş işığı kifayət edir.
Nizam Nuriyev
Baxış sayı: 652
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib