Tarix:12/07/16
“ICTnews” Elektron Xəbər Xidməti “Hi-News” resursuna istinadən yazır ki, sensor insanı zəhərləyən qazların mövcudluğuna qarşı çox həssasdır. Toksik maddələrin aşkarlanmasının dəqiqliyi o qədər yüksəkdir ki, qurğu istifadəçini havada zəhərli qazın milyonda bir hissəsinin onda bir hissəsi olduqda belə təhlükə haqqında xəbərdar edir. Zəhərli qazla təmas zamanı sensor daxilində yerləşən karbon nanoborucuqlar onları saxlayan materialdan ayrılır və mobil qurğu ilə rabitə quran “NFC” texnologiyasını aktivləşdirir.
Bildirilir ki, sensor kompakt, yüngül və istehsalı ucuzdur. Gələcəkdə mütəxəssislər kəşfi əsasında mağazalarda malların oğurlanmasının qarşısını almaq üçün aktiv tətbiq edilən yarlıqların yaradıldığı “RFID” texnologiyası ilə uyğunlaşdırmaq niyyətindədirlər.
Bundan başqa, sensorları birbaşa hərbçilərin formasına tikmək planlaşdırılır. Sensor yaradıcıları minlərlə hərbi qulluqçunun və kimya sənayesində çalışan insanların həyatını təhlükəsiz edəcəklərinə ümid edirlər.
Nizam Nuriyev
Mobil toksik qazlar detektoru hazırlanıb
Massaçusets Texnoloji İnstitutunun (MIT) tədqiqatçıları növbəti uğurlu layihə barədə açıqlama veriblər. Bu dəfə layihə qismində havada zəhərli qazların mövcudluğunu tam dəqiqliklə aşkar edərək sonradan göstəriciləri müvafiq qurğuya ötürə bilən xüsusi mobil sensor çıxış edir. Texnologiyadan əksər müasir istehsalda, o cümlədən hərbi məqsədlər üçün effektiv istifadə mümkündür.“ICTnews” Elektron Xəbər Xidməti “Hi-News” resursuna istinadən yazır ki, sensor insanı zəhərləyən qazların mövcudluğuna qarşı çox həssasdır. Toksik maddələrin aşkarlanmasının dəqiqliyi o qədər yüksəkdir ki, qurğu istifadəçini havada zəhərli qazın milyonda bir hissəsinin onda bir hissəsi olduqda belə təhlükə haqqında xəbərdar edir. Zəhərli qazla təmas zamanı sensor daxilində yerləşən karbon nanoborucuqlar onları saxlayan materialdan ayrılır və mobil qurğu ilə rabitə quran “NFC” texnologiyasını aktivləşdirir.
Bildirilir ki, sensor kompakt, yüngül və istehsalı ucuzdur. Gələcəkdə mütəxəssislər kəşfi əsasında mağazalarda malların oğurlanmasının qarşısını almaq üçün aktiv tətbiq edilən yarlıqların yaradıldığı “RFID” texnologiyası ilə uyğunlaşdırmaq niyyətindədirlər.
Bundan başqa, sensorları birbaşa hərbçilərin formasına tikmək planlaşdırılır. Sensor yaradıcıları minlərlə hərbi qulluqçunun və kimya sənayesində çalışan insanların həyatını təhlükəsiz edəcəklərinə ümid edirlər.
Nizam Nuriyev
Baxış sayı: 810
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib