Tarix:13/07/16
"ICTnews" Elektron Xəbər Xidməti "4PDA" resursuna istinadən yazır ki, tutumu 4800 milliamper/saat təşkil edən qrafen akkumulyator "G-King" adlanır. Çin istehsalçısının nümayəndələrinin sözlərinə görə, batareyanı 13-15 dəqiqəyə enerji ilə doldurmaq olar. Həmçinin, akkumulyator yaradıcıları qeyd edirlər ki, batareya ümumilikdə 3500 dəfə enerji ilə doldurula və boşaldıla bilər. Bu, orta litium-ion batareyanın istismar müddətini təxminən 7 dəfə üstələyir.
Bildirilir ki, yeni akkumulyatorun bütün bu özəllikləri qrafenin xüsusiyyətləri ilə əlaqədardır. Bu material böyük texnoloji potensiala malikdir. Qurğularda batareyaların effektivliyini artırmaqla yanaşı, material hazırda müxtəlif versiyaları hazırlanan elastik ekranlı qurğuların yaradılması üçün yararlı ola bilər. Qrafendən istifadə ürəkdöyünmə cihazlarının və barmaq izləri skanerlərinin funksionallığını da yaxşılaşdıra bilər.
"G-King" akkumulyatorunun təqdimatı iyulun əvvəlində Pekində keçirilib, lakin bu o demək deyil ki, yaxın zamanlarda buraxılacaq smartfonlar qrafen akkumulyatorlarla təchiz ediləcək. "Dongxu" akkumulyator barədə ətraflı məlumat verməyərək onun nə vaxt satışa çıxarılacağını açıqlamayıb. Buna baxmayaraq qrafen batareyanın hazırlanması amili öz-özlüyündə ondan xəbər verir ki, məhsul gec-tez bazara çıxarılacaq və mobil qurğularda və noutbuklarda istifadə ediləcək, eləcə də akkumulyator barədə təsəvvürü köklü şəkildə dəyişəcək.
Məlumat üçün qeyd edək ki, qrafen poladdan möhkəm materialdır və çox nazik olduğuna görə ikiölçülü hesab edilir. Qrafen torunun qalınlığı bir atom təşkil edir ki, bu da kağızdan bir milyon dəfə nazikdir. 2004-cü ildə kəşf edilən qrafen kimyəvi əlaqələrlə birləşdirilmiş karbon atomlarının bir qatından ibarət yüksək elektrik keçirici, davamlı və elastik nanomaterialdır. Bir neçə nanometrlik qalınlığa malik materialın görünən işıq üçün şəffaf olması onun mikroelektron qurğularda tətbiqinə böyük perspektivlər vəd edir. Materialın əsasında yaradılacaq gələcək qurğular zədələrə hazırda istifadə edilən qurğulardan daha dözümlü olacaq.
Nizam Nuriyev
İlk qrafen akkumulyator 15 dəqiqəyə enerji ilə doldurulur
Noutbuk, smartfon və ya akkumulyatorla işləyən digər istənilən qurğunu yaxın gələcəkdə 15 dəqiqəyə enerji ilə doldurmaq mümkün olacaq. Belə ki, Çinin "Dongxu Optoelectronics" şirkətinin təqdim etdiyi dünyanın ilk qrafen akkumulyatoru elektron qurğuların yeni dövrünün başlanğıcı ola bilər."ICTnews" Elektron Xəbər Xidməti "4PDA" resursuna istinadən yazır ki, tutumu 4800 milliamper/saat təşkil edən qrafen akkumulyator "G-King" adlanır. Çin istehsalçısının nümayəndələrinin sözlərinə görə, batareyanı 13-15 dəqiqəyə enerji ilə doldurmaq olar. Həmçinin, akkumulyator yaradıcıları qeyd edirlər ki, batareya ümumilikdə 3500 dəfə enerji ilə doldurula və boşaldıla bilər. Bu, orta litium-ion batareyanın istismar müddətini təxminən 7 dəfə üstələyir.
Bildirilir ki, yeni akkumulyatorun bütün bu özəllikləri qrafenin xüsusiyyətləri ilə əlaqədardır. Bu material böyük texnoloji potensiala malikdir. Qurğularda batareyaların effektivliyini artırmaqla yanaşı, material hazırda müxtəlif versiyaları hazırlanan elastik ekranlı qurğuların yaradılması üçün yararlı ola bilər. Qrafendən istifadə ürəkdöyünmə cihazlarının və barmaq izləri skanerlərinin funksionallığını da yaxşılaşdıra bilər.
"G-King" akkumulyatorunun təqdimatı iyulun əvvəlində Pekində keçirilib, lakin bu o demək deyil ki, yaxın zamanlarda buraxılacaq smartfonlar qrafen akkumulyatorlarla təchiz ediləcək. "Dongxu" akkumulyator barədə ətraflı məlumat verməyərək onun nə vaxt satışa çıxarılacağını açıqlamayıb. Buna baxmayaraq qrafen batareyanın hazırlanması amili öz-özlüyündə ondan xəbər verir ki, məhsul gec-tez bazara çıxarılacaq və mobil qurğularda və noutbuklarda istifadə ediləcək, eləcə də akkumulyator barədə təsəvvürü köklü şəkildə dəyişəcək.
Məlumat üçün qeyd edək ki, qrafen poladdan möhkəm materialdır və çox nazik olduğuna görə ikiölçülü hesab edilir. Qrafen torunun qalınlığı bir atom təşkil edir ki, bu da kağızdan bir milyon dəfə nazikdir. 2004-cü ildə kəşf edilən qrafen kimyəvi əlaqələrlə birləşdirilmiş karbon atomlarının bir qatından ibarət yüksək elektrik keçirici, davamlı və elastik nanomaterialdır. Bir neçə nanometrlik qalınlığa malik materialın görünən işıq üçün şəffaf olması onun mikroelektron qurğularda tətbiqinə böyük perspektivlər vəd edir. Materialın əsasında yaradılacaq gələcək qurğular zədələrə hazırda istifadə edilən qurğulardan daha dözümlü olacaq.
Nizam Nuriyev
Baxış sayı: 728
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda biometrik şəxsiyyət vəsiqələrinin tətbiqi layihəsi hazırlanır
- Qlobal şəbəkədə İP ünvanlarının satışı ilə məşğul olan hərrac yaradılıb
- Sony Ericsson Androidlərin satışını artıracaq
- Dünyada 3D dəstəkli ən kiçik Full HD displeyi yaradılıb
- Dünyanın ən kiçik videokamerası yaradılıb
- “Chrome” brauzerinin səslə idarə olunan versiyası yaradıldı
- Samsung sürətli 20 nm fleş-yaddaşı hazırlayır
- Samsung Apple-dan oğurluq edib?
- “Nokia” 4G standartını dəstəkləyən telefonları bazara çıxaracaq
- Apple Mac OS X 10.7 Lion
- Hibrid daşıyıcı
- Stiv Cobs Apple-nin yeni məhsullarını təqdim edəcək
- Sualtı çəkiliş üçün fotoaparat
- ASUS-dan növbəti netbuk
- 4 nüvəli mobil prosessor təqdim edilib